Arxiv
21 İyul 2020, 13:57 |
 Bəzi şəxslərin icazəsi məhdudlaşdırılacaq - Rəsmi XƏBƏRDARLIQ

“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarı ilə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti məhdudlaşdırılıb, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə hüquqi və fiziki şəxslərin işçi heyətinin işə çıxması "icaze.e-gov.az" portalı vasitəsilə, fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Modern.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin məlumatına görə, karantin rejiminin tələblərinə əməl edilməsi vəziyyətinin yoxlanması ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən aparılan reydlər zamanı Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarında nəzərdə tutulmayan fəaliyyət sahələrə aid olan bir sıra vergiödəyicilərinin obyektlərinin fəaliyyət göstərməsi halları müəyyən edilib. Bu halların araşdırılması məqsədilə Nazirlər Kabineti vasitəsilə İqtisadiyyat Nazirliyinə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ("ASAN xidmət") müraciət olunub. Aparılan araşdırmalarla müəyyən edilən hallar üzrə ilkin mərhələdə bir sıra vergiödəyicilərinin icazələrinin məhdudlaşdırılması nəzərdə tutulur.

Aparılan məhdudlaşmalar barədə vergiödəyicilərinin vaxtında məlumatlandırılması məqsədilə Dövlət Vergi Xidməti tərəfindən həmin icazələri almış şəxslərin elektron kabinetlərinə bildirişlər və vergi orqanlarında mövcud olan mobil telefon nömrələrinə məlumat xarakterli SMS-lər göndərilib. Müvafiq xəbərdarlıq məlumatı almış vergi ödəyiciləri 2 gün ərzində öz uçot məlumatlarını Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarında nəzərdə tutulan fəaliyyətinə icazə verilən sahələrə aid olduqları halda dəqiqləşdirməli, habelə fəaliyyətinə icazə verilən sahələrə aid olmayan vergiödəyiciləri mühafizə və texniki təhlükəsizliklə bağlı işçilərinin sayı barədə Dövlət Vergi Xidmətinə məlumat verməlidirlər.

Belə məlumatı təqdim etməyən, habelə uçot məlumatlarını dəqiqləşdirməyən vergiödəyiciləri üzrə aktiv icazələrin ləğv edilməsi ilə bağlı məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndəriləcək. Eyni zamanda, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən vergiödəyicilərinin uçot-baza məlumatları üzrə araşdırmalar davam edir.

Bu araşdırmalar nəticəsində müəyyən edilib ki, bir sıra vergiödəyicilərinin mövcud uçot məlumatları, əsas və əlavə fəaliyyət istiqamətləri, obyektlərinin müvafiq qaydada uçota qoyulması ilə bağlı mövcud məlumatlarında qeyri-dəqiqliklər var və xəbərdarlıq edilməsinə baxmayaraq, bu günə qədər həmin məlumatlarının dürüstləşdirilməsi həyata keçirilməyib.

Fəaliyyətinə icazə verilməyən sahələrdə çalışan və uçot məlumatlarını dəyişməklə icazələr sistemində qeydiyyatdan keçməyə cəhd edən vergiödəyiciləri müəyyən edilərsə, onların icazələri ləğv olunacaq. Bəzi hallarda isə faktiki fəaliyyətləri icazə verilən sahələrə aid olmasına baxmayaraq, bir sıra sahibkarların uçot baza məlumatlarında mövcud olan qeyri-dəqiqlik onların icazələr sistemində aktivləşdirilməsi imkanlarını məhdudlaşdırır. Bu baxımdan sahibkarlar uçot məlumatlarına diqqətlə yanaşmalı, mövcud olan çatışmazlıqları aradan qaldırmalıdırlar.

Məlumat üçün bildirilir ki, "icaze.e-gov.az" vasitəsilə iyulun 17-ə 71.103 sahibkarlıq subyektinə 731.943 icazə verilib.

Sahibkarlıq subyektləri yarana biləcək suallarla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindəki elektron kargüzarlıq sistemi vasitəsilə müraciət edə bilərlər.

Xüsusi karantin rejimi dövründə icazələrin alınması ilə bağlı əlavə məlumatı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yaradılmış xüsusi səhifələr vasitəsilə əldə etmək mümkündür:

https://economy.gov.az/article/xususi-karantin-rejiminin-sertleshdirilmesi-dovrunde-icazelerin-alinmasi/31061

https://www.taxes.gov.az/az/page/xususi-karantin-rejiminin-sertlesdirilmesi-dovrunde-icazelerin-alinmasi

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda yaşayan Naxçıvan sakinlərinin nəzərinə! 26 Yanvar 2021, 20:18 Oqtay Gülalıyevi vuran sürücü həbs edildi 26 Yanvar 2021, 20:04 Azad olunmuş rayonlarda şəkər çuğunduru istehsal olunacaq 26 Yanvar 2021, 19:56 AŞPA-ya yeni baş katib seçildi 26 Yanvar 2021, 19:45 AMEA-da struktur dəyişikliyi oldu -FOTO 26 Yanvar 2021, 19:36 Rusiyalı diplomat XİN-ə çağırıldı - ETİRAZ 26 Yanvar 2021, 19:26 Ermənilər Natavanın məzarını dağıdıb sümüklərini aparıblar - FOTOLAR 26 Yanvar 2021, 19:19 DİQQƏT: Yerə doğru 3 asteroid gəlir 26 Yanvar 2021, 19:06 Azərbaycanlı dənizçinin cənazəsi Türkiyəyə yola salındı -FOTO 26 Yanvar 2021, 19:00 BVF qlobal neft qiymətləri üzrə proqnozunu yüksəldib 26 Yanvar 2021, 18:54 Prokuror olmaq istəyənlərin NƏZƏRİNƏ 26 Yanvar 2021, 18:45 Bakıda intihar epidemiyası: 38 yaşlı qadın özünü 6-cı mərtəbədən atdı 26 Yanvar 2021, 18:24 JTI 7-ci dəfə Azərbaycanda “Ən yaxşı işəgötürən” seçildi 26 Yanvar 2021, 18:13 Cavad Zərif Yerevanda səfərdədir 26 Yanvar 2021, 18:09 Bu ərazilərdə su kəsiləcək 26 Yanvar 2021, 18:04 Əhəd Abıyevdən ölkədəki son hadisələrə kəskin münasibət - VİDEO 26 Yanvar 2021, 18:00 “6 ölkədən 5-i razıdır, bircə Ermənistan nala-mıxa vurur” - ŞƏRH 26 Yanvar 2021, 17:55 Qubadlının Dəmirçilər kəndi - VİDEO 26 Yanvar 2021, 17:53 Sarkisyan xəstəxanadan buraxıldı 26 Yanvar 2021, 17:49 Prezident Albert Mustafayevi təltif etdi 26 Yanvar 2021, 17:44 Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi 26 Yanvar 2021, 17:42 Tütün məmulatlarının aksiz dərəcələri 11 dəfə artırılır 26 Yanvar 2021, 17:39 Paşinyan öz ingilis dili müəllimini ABŞ-a səfir təyin edəcək 26 Yanvar 2021, 17:34 Məhkəmə Vüqar Səfərli ilə bağlı QƏRAR VERDİ 26 Yanvar 2021, 17:32 2021-ci ilin yaz sessiyasının iş planı TƏSDİQLƏNDİ 26 Yanvar 2021, 17:30 Bakıda yeni marşrut açılır - 127 nömrəli avtobus hara işləyəcək... 26 Yanvar 2021, 17:25  “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik olunur 26 Yanvar 2021, 17:19 Azad olunmuş ərazilərə birinci qaz xətti bu yerdən çəkiləcək - RƏSMİ 26 Yanvar 2021, 17:17 “YAŞAT” Fonduna daxil olan və xərclənən vəsaitin MƏBLƏĞİ 26 Yanvar 2021, 17:13 Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:06 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50