Modern.az

Ermənilər Mirzə Sakitin oğluna da xəsarət yetirdilər - FOTO

Ermənilər Mirzə Sakitin oğluna da xəsarət yetirdilər - FOTO

23 İyul 2020, 08:39

Ötən gün Belçika Krallığının paytaxtı Brussel şəhərində soydaşlarımız ermənilərə qarşı aksiya keçirib. 

Modern.az xəbər verir ki, aksiyada məqsəd son vaxtlar Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətinə Ermənistanın hərbi təxribatlarına etiraz etmək olub.
Aksiyanı polis müşayiət etsə də, buraya gələn ermənilər azərbaycanlılara hücum edib.

Qarşıdurma zamanı ermənilər bəzi azərbaycanlılara ciddi xəsarət yetiriblər.

Olay zamanı xəsarət alanlardan biri də mühacirətdə olan tanınmış satirik şair Mirzə Sakitin oğludur.

Bu barədə Mirzə Sakitin özü bildirib:

“Brusseldə ermənilərlə qarşıdurmada oğlum Cahandarın başını ermənilər daşla yarıblar”.

Mirzə Sakit oğlunun vəziyyətinin kafi olduğunu qeyd edib: "Oğlumla danışdım, dedi ata, canına and olsun ki, o alçalqlar məni döysələr də, kişi kimi savaş apardım, ikisininin də ağzını qanatdım, gücüm ona çatdı... Şəhidlərimizə qurban olasan, oğlum Cahandar!!."

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu