Arxiv
24 İyul 2020, 09:54 | HADİSƏ
ABŞ səfiri Los Ancelesdəki erməni təxribatına görə Azərbaycan XİN-ə ÇAĞIRILDI

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqert Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və Xarici İşlər nazirinin müavini Xələf Xələfovla görüş keçirilib.

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə X.Xələfov ilk olaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi hərbi təxribat ilə bağlı qarşı tərəfə məlumat verib.

Nazir müavini, ermənilərin sərhəddə törədikləri təxribatın Azərbaycan silahlı qüvvələri tərəfindən iflasa uğradılmasından sonra militarist erməni hakimiyyətinin işğalçı siyasətini gizlətmək üçün dünyanın müxtəlif ölkələrinin əsasən ermənilərin daha sıx məskunlaşdığı şəhərlərində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücum və təxribatlara əl atdığını diqqətə çatdırıb.

X.Xələfov bildirib ki, belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 21 iyul tarixində Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib.

Nazir müavini, ermənilərin daha bir təxribat və hücum əməlinin Los Anceles şəhərində baş verdiyini, erməni radikal qruplarının Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq Azərbaycana qarşı aqressiv formada təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirdiyini bildirib. Aqressiv erməni nümayişçilərin Baş Konsulluğun önündə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi və biri qadın olmaqla yeddi nəfər Azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunub.

X.Xələfov qeyd edib ki, ABŞ-da Azərbaycan Baş Konsulluğu qarşısında dinc aksiya üçün yığışmış Azərbaycan icması nümayəndələrinə aqressiv erməni kütləsi tərəfindən edilən hücumun ABŞ polisi tərəfindən qarşısının alınmaması məyusedici haldır.

Nazir müavini əlavə edib ki, milli mənsubiyyətinə görə günahsız vətənpərvər Azərbaycanlılara erməni radikal qrupları tərəfindən polis qüvvələrinin gözü qarşısında hücum edilərək xəsarət yetirilməsi ABŞ-ın nüfuzuna xələl gətirir. Azərbaycan tərəfinin buna qəti etirazını bildirdiyini və öz qanuni vəzifələrini yerinə yetirməyənləri qınadığını deyən X.Xələfov, ABŞ hökumətindən bu cinayətləri törətmiş erməni radikal birləşmələrinin məsuliyyətə cəlb edilməsinin və bu təxribat hadisələrinə hüquqi qiymət verilməsinin tələb edildiyini diqqətə çatdırıb.

X.Xələfov, Səfirlik və Baş Konsulluğumuzun toxunulmazlığı və fəaliyyətinin təhlükəsizliyinin pozulması ilə müşayiət olunan hadisələrin araşdırılmalı olduğunu və təxribat törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb.

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib. Los Ancelesdə baş verən təxribatla bağlı danışan səfir, bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Örl Litzenberqer, ölkəsində dinc şəkildə söz azadlığı hüququnun dəstəkləndiyini, lakin ermənilərin Los Ancelesdə həyata keçirdiyi aksiyanın qaraguruhdan ibarət olduğunu qeyd edib. Səfir, bunun qəbuledilməz və ABŞ ərazisində baş verməməli bir hal olduğunu ifadə edib.

Səfir, Los Ancelesin yerli hüquq mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.

Sonda, Örl Litzenberqer görüşdə qaldırılan məsələlərin, o cümlədən Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsinin rəsmi Vaşinqton qarşısında qaldıracağını ifadə edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22