Modern.az

Azərbaycan diasporunun uğurlarının siyasi etirafı: Paşinyan diaspor komissarlığını “təmizləyib”

Azərbaycan diasporunun uğurlarının siyasi etirafı: Paşinyan diaspor komissarlığını “təmizləyib”

30 İyul 2020, 16:17

Ermənistanın Baş naziri Nikol Paşinyan Diasporla İş üzrə Komissarlığın Aparatındakı 10-dan çox məmurun işdən azad olunması ilə bağlı əmr imzalayıb.


Bu, Azərbaycan diasporunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dünyadakı mütəşəkkil fəaliyyətinin erməni diasporunu məğlubiyyətə uğratmasının siyasi etirafıdır.


Modern.az-ın məlumatına görə, ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan diasporuna göstərilən diqqət və qayğı, Birinci vitse-prezident tərəfindən xaricdə Azərbaycan evləri və Qarabağ adlı həftəsonu məktəblərinin açılması ilə bağlı göstərilən təşəbbüs və dəstək öz bəhrəsini verməkdədir. Prezident tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalın təsis edilməsi, Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması Azərbaycan diasporuna dövlət dəstəyinin, diaspor fəaliyyətinin stimullaşdırılmasının bariz nümunəsidir.


Buyurun, artıq nəticələr ortadadır. Azərbaycan diasporu mütəşəkkil şəkildə dünyada ermənilərin yalan və təxribatlarını ifşa edir, dünyaya həqiqətləri bəyan etmək üçün birlikdə fəaliyyət göstərir. Ermənistanda isə diaspor məsələlərinə cavabdeh qurum da yarıtmaz fəaliyyətə görə kütləvi “təmizlənmə” aparılır.


Bu, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan diasporunun növbəti uğurudur. Bir müddət öncə Komitə sədri Fuad Muradovun mətbuata açıqlama verərkən söylədiyi “Rəhbərin ən dəyərli sərmayəsi onun komandasıdır” ifadəsi də bir daha təsdiqini tapdı.


Məlumat üçün qeyd edək ki, Ermənistan Baş nazirin qərarları ilə Avropadakı Erməni İcmaları İdarəsinin müdiri Karen Avanesyan, Qərbi Avropa İcmaları ilə əlaqələr şöbəsinin müdiri Natalya Danielyan, Cənubi Amerika və Avstraliyada icmalarla əlaqələr şöbəsinin müdiri Gohar Sahakyan, Diasporun Potensialının qeydiyyatı və alanitik informasiya idarəsinin müdiri Vaginak Vardanyan vəzifələrindən azad olunub.


Bundan əlavə, repatriasiya və tədqiqat şöbəsinin müdiri Qriqor Arşakyan, tədqiqatlar şöbəsinin müdiri Eliz Gevorgyan, bütün ermənilər, beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan, ermənipərəst və beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Anahit Davtyan, Yaxın və Orta Şərqdəki erməni icmaları ilə iş şöbəsinin müdiriLevon Antonyan da vəzifələrini itirib.


Dost Diasporlarla əlaqələr şöbəsinin müdiri Taron Şagoyan, Erməni Apostol Kilsəsi və digər kilsə quruluşları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Sirvard Hambaryan, eləcə də Rusiya, Belarus, Ukrayna və Moldovadakı icmalarla iş şöbəsinin  müdiri Edqar Ovsepyan da azad olunanlar arasındadır.


Yeri gəlmişkən xatırladaq ki, 5 dekabr 2019-cu il tarixində YAP mərkəzi qərargahında keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri bəyan etmişdi ki, "Ermənilər bir təxribat edəcəklərsə, 10 qat cavab alacaqlar". Eyni zamanda, Komitə sədri dəfələrlə çıxışlarında, müsahibələrində bildirib ki: Azərbaycan diasporu müdafiə taktikasından hücum taktikasına keçməlidir. Ona görə ki, biz haqlıyıq, ermənilər yalançı və təxribatçıdır”.


Son hadisələr də bir daha təsdiq etdi ki, Komitə sədrinin bəyan etdiyi kimi, Azərbaycan diasporu mütəşəkkildir, birdir və hücumdadır. Sevinclə qeyd edə bilərik ki, artıq diaspor cəbhəsində ciddi uğurlarımız var. İnşallah uğur, zəfər xəbərlərinin davamı cəbhədən də gələr. Azərbaycan dövlətinin, əsgərlərimizin, xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad edilər, ərazi bütövlüyümüz təmin olunar.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi