Modern.az

Türkiyədə koronavirusdan bu gün 15 nəfər öldü

Türkiyədə koronavirusdan bu gün 15 nəfər öldü

30 İyul 2020, 23:00

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 15 nəfər ölüb. 

 

Modern.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. 

 

Nazir bildirib ki, son 24 saatda 43 236 şübhəli koronavirus testindən keçib, onlardan 967-nin cavabı pozitiv çıxıb. Bu gün daha 982 xəstə sağalıb.

 

Türkiyədə indiyədək 229 891 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5671 nəfər ölüb, 213 539 nəfər müalicə olunaraq evə buraxılıb. 

 

Nazir  bu gün 561 ağır xəstə olduğunu, pnevmaniyalı xəstə sayının isə 9,3 faiz təşkil etdiyini yazıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI