Modern.az

Sumqayıtda dənizdə batan 2 yeniyetmədən birinin meyiti tapılıb

Sumqayıtda dənizdə batan 2 yeniyetmədən birinin meyiti tapılıb

1 Avqust 2020, 12:37

İyulun 30-da Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan şəxslərdən birinin meyiti tapılıb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni gündə həmin ərazidə batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü