Modern.az

Tovuz döyüşlərinin yaratdığı yeni REALLIQ: Azərbaycan diasporunun gücü Yerevanı narahat edir

Tovuz döyüşlərinin yaratdığı yeni REALLIQ: Azərbaycan diasporunun gücü Yerevanı narahat edir

Diaspor

1 Avqust 2020, 16:08

Ermənistanın Diasporla İş üzrə Komissarlığının 10-dan çox şöbə müdiri vəzifəsindən azad olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, kommisar Zare Sinanyanı çıxmaq şərtilə, qurumun əksər yüksək vəzifəli şəxsləri işdən azad olunublar.

Yerli jurnalistlər bu istefaların Tovuz döyüşlərindən dərhal sonra baş verməsini təsadüf hesab etmirlər. Onlar bunun arxasında uğursuz diaspor siyasətini, ayrı-ayır ölkələrdə Ermənistan diplomatiyasının və icmalarının uğursuzluğa düçar olmalarını əsas göstərirlər.



“Diasporla İş üzrə Komissarlıq Ermənistan-Azərbaycan gərginliyi zamanı, çoxsaylı erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passiv olub. Qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yer yarılıb, altına girmişdi", - deyə “Past” nəşri tənqidi məqalə yazıb.

 

Cənubi Kipri çıxmaq şərtilə, erməni diasporunun olduğu digər ölkələrdə azsaylı nümayişlər, yerli hökumətlərin Yerevanın mövqeyini dəstəkləməməsi və Paşinyan hökumətinin diplomatik təcrid vəziyyətinə düşməsi rəsmi Yerevanın ciddi narazılığına, hakimiyyət kluarlarında söz-söhbətə səbəb olub.

Diasporun potensialından tam istifadə olunmadığı qənaətinə gələn Nikol Paşinyan komissar Zare Sinanyanla emosional söhbət edib, ondan icmalarla əlaqələri aktivləşdirməyi, narazılıq və soyuqluq doğuran məqamları aydınlaşdırmağı tələb edib.

 

Tovuz təxribatı zamanı Azərbaycan diasporunun aktivliyi xüsusən Paris, Nyu-York, London, Moskva, Kiyev, Madrid, Roma, Varşava, Praqa, Berlin, Nürnberq, Brüssel, Hyuston, Sankt-Peterburq kimi önəmli siyasət mərkəzlərində  olub, azərbaycanlıların izdihamlı aksiyalar keçirməsi Paşinyan üçün “soyuq duş” effekti doğurub.

 

Yaxın vaxtlarda rəsmi Yerevanın diaspor siyasətində əsaslı dəyişikliklər etməsi, güclənmiş Azərbaycan diasporuna qarşı əks-tədbir görməsini müzakirə edəcəyi bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır