Modern.az

Yaponiyada koronavirusa rekord yoluxma

Yaponiyada koronavirusa rekord yoluxma

1 Avqust 2020, 22:31

Yaponiyanın paytaxtı Tokioda son sutka ərzində koronavirusa yoluxanların sayı 472 nəfər artıb.

 

Modern.az xəbər verir ki, bu göstərici əvvəlki rəqəmləri yeniləyərək yeni rekord olub.

Məlumata görə, Yaponiya ərazisində, “Diamond Princess” laynerinin ekipaj üzvləri də daxil olmaqla, koronavirusa yoluxanların ümumi sayı 37,1 nəfəri ötüb. Ölüm hallarının sayı 1 024-dür.

Koronavirusa yoluxma hallarının artmasının davam etməsinə baxmayaraq, Yaponiya hakimiyyəti qeyd edir ki, hələ ölkəni fövqəladə vəziyyət rejiminə qaytarmağı planlaşdırmır. Bununla belə, bu rejim ölkənin cənubunda yerləşən Okinava prefekturasında elan olunub. O, avqustun 15-dək tətbiq ediləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...