Modern.az

\"Arsenal\"ın qazandığı kubok yerə düşüb sındı

\

2 Avqust 2020, 00:22

Son illərdə kuboku qazanan komandanın mükafatı əlindən salıb sındırması dəfələrlə yaşanıb.

Modern.az xəbər verir ki, növbəti belə hadisə İngiltərə kubokunun finalında baş verib.

“Çelsi” üzərində 2:1 hesablı qələbədən sonra ölkə kubokunu qazanan “Arsenal” mükafatla düzgün rəftar etməyib. Komandanın kapitanı və finaldakı dublun müəllifi Pyer-Emerik Obameyanq kuboku əlindən salıb. Zərbədən mükafatın aşağı hissəsi qopub.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya kubokunun finalındakı qələbədən sonra “Zenit” futbolçuları da mükafatı əlindən yerə salmışdı. (APA)

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü