Arxiv
2 Avqust 2020, 00:38 | AKTUAL
Bu gün  Azərbaycanda Milli Kino Günüdür

Bu gün Azərbaycanda Milli Kino Günüdür.

 

Modern.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunan Milli Kino Günü tarixdə ilk dəfə olaraq pandemiya dövrünə təsadüf edir. Və məhz bu səbəbdəndir ki, bu gün xüsusi təmtəraqla qeyd edilmir. COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması səbəbi ilə ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası bu gün üçün kreativ addım atıb.



“Azərbaycanfilm” Kinostudiyası xüsusi olaraq videomaterial hazırlayıb və kino işçilərini onlayn olaraq təbrik edib. 20 ildir qeyd olunan Azərbaycan Milli Kino Günü üçün özəl olaraq hazırlanan videomaterialda Azərbaycanın tanınmış simaları öz fikirlərini bölüşüblər.



Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev bu günü daha yaxşı şəraitdə qeyd etməyi arzu edib: “Bu illər ərzində nə qədər insan itirmişik, onları yadıma salıram. 80-ci illərdən başlayaraq bizim rejissorlarımız, operatorlarımız, hamısı bu hadisələri çəkirdilər. Onlar olmasaydı, bəlkə də biz çoxunu bilməzdik”.



Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev 40 ildən artıqdır kino sahəsində olduğunu diqqətə çatdırıb: “Amma bu gün keçmiş haqqında düşünmürəm. Bu gün kinomuzun gələcəyi - Müstəqil ölkənin müstəqil kinematoqrafiyasının yaranması haqqında düşünürəm”.



Aktrisa Günəş Mehdizadə kino sahəsində olduğuna görə özünü xoşbəxt hiss etdiyini bildirib. Həm də qeyd edib ki, onun kinoda ilk filmi Azərbaycan kinosunun mürəkkəb təsadüf edib.



Əməkdar artist Tahir İmanov isə “Belə bir deyim var – “İncəsənət heç cür siyasətlə bağlı deyil”. Bu fikirlər qəti razı deyiləm. Kino incəsənətin digər sahələri kimi dövlət siyasəti ilə sıx təmasda olub və ölkəmizi müxtəlif dövrlərdə layiqincə təmsil edib, edir və edəcək”, deyə fikirlərini bildirib.



Xalq artisti, Azərbaycan kinosuna saysız-hesabsız yaddaqalan filmlər bəxş edən Ramiz Fətəliyev kinonun insanı əsir götürdüyünü vurğulayıb: “Öz payıma deyirəm kino çox qəribə sənətdir, qəribə bir peşədir. İnsanı sanki əsir götürür. Özü də ömürlük...”



Azərbaycanın xalq artisti, yaratdığı bir çox obrazlarla yaddaşlarda unudulmaz izlər buraxan sevimli aktyor Fəxrəddin Manafovun bu günlə bağlı çıxışı da maraq doğurur. “Kino… Kino haqqında düşünmürdüm, idman, futbolçu olmaq arzusunda idim. Futbolda uğurlarım da var idi, amma bir gün, bir anda fəlsəfəm dəyişdi, kino gəldi… KİNO!”, deyə Fəxrəddin Manafov bildirib.



Avqustun 2-si həm də sevimli aktyorumuzun and günüdür. Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. 100 illik fəaliyyəti dövründə Azərbaycan kino salnaməsinə əvəzsiz, kino tarixinə qızıl hərflərlə yazılan filmlər bəxş edib. 1958-ci ildən kinostudiya "Azərbaycanfilm" kinostudiyası adlandırılıb. Bir ildən sonra isə quruma drammaturq Cəfər Cabbarlının adı verilib. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb. 100 illik fəaliyyəti dövründə “Azərbaycanfilm” Kinostudiyasının istehsalı ilə müxtəlif illəri əhatə edən saysız-hesabsız sənədli, bədii filmlər istehsal olunub. 1898-ci ildə neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan və demək olar ki, dünya kinosu ilə həmyaşıd olan

Azərbaycan kino sənəti mədəniyyət salnaməmizə parlaq səhifələr yazaraq, onilliklər ərzində soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət edib, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Səssiz-səsli, rəngsiz-rəngli kimi mərhələləri özündə birləşdirən böyük bir inkişaf yolu keçmiş milli kino sənətimiz xüsusilə XX əsrin 60-70-ci illərdə özünün intibah dövrünü yaşayıb. Azərbaycan kino¬su¬nun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiallarının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Xüsusilə ötən əsrin 70-ci illərdə respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri ərsəyə gəlib. 1980-ci illərin sonu, eləcə də müstəqilliyimizin ilk illəri respublika həyatının, o cümlədən mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr olmuşdur. Lakin sənətə sadiq insanlar bütün çətinliklərə rəğmən kinonu tərk etməyib, köklü ənənələrə malik kinematoqrafiyamızı yaşatmağa nail olublar. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə mədəniyyətimizə, həmçinin kinoya diqqət artmış, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa edilib. Sonrakı illərdə dövlət dəstəyi ilə Azərbaycan kinosunun yeni inkişaf dövrü başlanmışdır. Məhz Ulu Öndərin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd olunur.


 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müəllimlərin işə qəbulunda yüksək nəticə göstərənlər - FOTO 14 Avqust 2020, 21:19 Azərbaycan əhalisinin sayı AÇIQLANDI 14 Avqust 2020, 21:06 Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi - FOTO 14 Avqust 2020, 20:50 Azərbaycanla Avropa İttifaqı arasında  perspektivlər müzakirə olunub 14 Avqust 2020, 20:38 Etiraz aksiyasında həbs olunan futbolçu azadlığa buraxıldı 14 Avqust 2020, 20:29 BŞBPİ-də kadr təyinatı olub 14 Avqust 2020, 20:15 Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib 14 Avqust 2020, 20:01 Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34