Modern.az

İranda silahlı qruplaşma məhv edildi

İranda silahlı qruplaşma məhv edildi

2 Avqust 2020, 15:09

İranın Qərbi Azərbaycan vilayətində xüsusi xidmət orqanlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı qruplaşma zərərsizləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Təhlükəsizlik Nazirliyinin yaydığı açıqlamada deyilir. Qeyd olunub ki, əməliyyat nəticəsində 1,1 ton narkotik vasitə olan heroin müsadirə edilib. Silahlı toqquşma zamanı silahlı qruplaşmanın Avropadan olan rəhbəri öldürülüb, 7 nəfər həbs edilib.

 

Diqqətə çatdırılıb ki, qruplaşma İran ərazisindən tranzit yol kimi istifadə edərək narkotik vasitəni Türkiyəyə oradan isə Avropaya daşımağa cəhd ediblər. Araşdırma aparılır və qruplaşmanın İran ərazısindəki əlaqələri müəyyən edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır