Arxiv
3 Avqust 2020, 10:50 | AKTUAL
Mənəviyyat işığında

Azad Müzəffərli

(hekayə)

 
Aman, aman, bu jurnalist tayfasının əlindən. Vur-tut dünən axşam nişanlansa da, səhər hələ gözlərini yenicə ovxaladığı çağlarda artıq  qəzetlər, agentliklər bunu Azərbaycana car çəkmişdi. İndi də televiziyalar onu küncə qısnamışdılar. Yalvar-yaxar, minnətlə bir təhər onlardan can qurtarmağa çalışırdı. Təvazökarlığından dabanlarına qədər tər içindəydi.

      Daxili dünyasında səadət simfoniyası cövlan eləsə də, sevgi alovu onu qarsısa da,  Qorxmazın gözlərinin önündən iştirakçısı olduğu qanlı döyüş səhnələri çəkilmək bilmirdi. Şəhid düşən soydaşlarının ruhu onu sakit buraxmırdı. Axı, niyə onlar yaramaz ermənilərin namərd xisləti ucbatından ailə səadəti kimi müqəddəs Tanrı payından məhrum olmalıydılar. Sədd, heyif!!!

        İstər-istəməz yaralandığı döyüş anları yenidən  birər-birər gözləri önündə canlandı.  Düşmən gülləsi altında döyüş yoldaşlarını mühasirədən  çıxararkən ayaqlarından aldığı yaraların ağrı-acıları yenidən onu sardı. Bir də xəstəxanada özünə gələndə bir ayağını dizdən yuxarı, o biri ayağını isə dizdən aşağı kəsilmiş  vəziyyətdə görəndə cəhənnəm əzabı çəkmişdi. İndi millətinin  fəxri, qürur mənbəyi idi. Milli Qəhrəmandı. Bu isə əvəzsiz məlhəmdi. Dövlət də, hər bir kəs də ondan ən azı mənəvi köməyini əsirgəməmişdi. Yoxsul ailədən olsa da, babat protez və əlil arabası ilə kifayətlənmək istəmişdi. Dövlətin ona bağışladığı üçotaqlı mənzilə isə əlacsızlıqdan razılıq vermişdi. Əvvəlki mənzilləri olduqca darısqal və ələgəlməz vəziyyətdəydi.

       Soydaşlarının onun nişanlanması xəbərini elliklə bayram etmələri  Qorxmazı yenidən göylərə qaldırmışdı. Dəvət eləsəydi, nəinki bütün Azərbaycan, hətta, bütöv Azərbaycan, o cümlədən, dünyanın dörd bir tərəfinə səpələnmiş soydaşlarımız da onun toyuna yığışardı. Bunda ona  - iki ayağından məhrum olan kəsə həyat yoldaşı olmağa ikiəlli razılıq verən, ona qəlbi və ruhunun zirvəsində yer ayıran xanımının da olmazın payı vardı. Qorxmazsa, təmtəraqdan uzaqdı, toy məclisini bərkgedən restoranlardan heç birinə salmamışdı. Dəvətnamələri də yalnız yaxınlarına və müharibənin ağrı-acılarını birlikdə çəkdikləri döyüş yoldaşlarına paylamışdı.   

      Toy başlamaq üzrəydi. Dəvətlilər sifariş olunan restorana yaxınlaşdıqca, xahiş-minnətlə, üzrxahlıqla onları xüsusi miniavtobuslarla say-seçmə şadlıq evlərindən birinə sarı yönəldirdilər. Hamı şaşqınlıq içindəydi. Şahlara layiq məclis qurulan bu şadlıq sarayına dəvətlilərlə yanaşı Azərbaycanın qaymaqları yığışmışdılar. Cənubi Azərbaycandan və xarici ölkələrdən gələn, səbrini güc-bəla ilə basan xeyli qonaq da bəylə gəlinin intizarındaydılar.

       Nəhayət, bəylə gəlin “Vağzalı” sədası və sürəkli alqışlar altında məclisə yan aldılar. Əlil arabasının yanğısını çəkənlər sezdirmədən göz yaşlarını içinə axıdırdılar. Bir əli ilə gəlinin əlindən bərk-bərk yapışan, pələng cüssəli o biri əli ilə arabanın təkərlərini hərəkətə gətirən Qorxmaz  başı ilə şəstlə qonaqları salamlayır, heyrət içində şadlıq sarayına göz gəzdirirdi. Bu toydan vaxtında xəbər tutan dövlət əlaltından əməlli-başlı hazırlıq görmüş, bəylə-gəlini fakt qarşısında qoymuşdu. Məclis qızışdı, nə qızışdı. Əsrin toyu ortadaydı. Məclis lap Dədə Qorqud əyyamlarını xatırladırdı. Çal-çağır şahə qalxmışdı.

      Ta toya  gözbağlayıcılar təşrif buyurana qədər hər şey öz axarı ilə davam edirdi. Əsl həngamə də elə bundan sonra başlandı. Gəlindən başqa hamıdan bir dəqiqəliyinə gözlərini möhkəm-məhkəm bağlamaları xahiş olundu. Sevincindən çiçəyi çırtlayan məclis əhli hər bir əmrə qeyd-şərtsiz müntəzirdi. Onların hardan ağıllarına gələ bilərdi ki, bu dəqiqələrdə işarə barmaqları ilə gəlindən susmağı xahiş edən gözbağlayıcılar bəyi çırpışdırmaqdaydılar. Gözlərini açanda bəyi yerində görməyən hər kəs çaşqınlıq içindəydi, onlar  mat-məəttəl ötən qısa müddətdə nələrin baş verdiyini anlamağa çalışırdılar. “Ay camaat, bəyi qaçırdılar” deyə dad döyən “qapıçı” gəncin məclisə səs salmasından sonra isə ara lap qarışdı, məssəb itdi.

      Gəlinin özünü təmkinlə aparmasından torbada pişik olduğunu təxmin etsələr də, hər bir ehtimala qarşı hərə gümanı gələn yerə göz gəzdirirdi. Bəyin axtarışı səngimək bilmirdi. Beləcə dəqiqələr ötməkdəydi. Hər şey əvvəlcədən cızılmış ssenari üzrə gedirdi.  Sən demə, həmin vaxt baş verənlərdən hələ də axıra qədər hali olmayan bəyə vaxtilə müalicə olunduğu xəstəxanada Almaniyada məxsusi olaraq onun üçün hazırlatdırılmış protezlər geyindirilirmiş. “Bəyin oğurlanması” əməliyyatına çox vaxt getməsin deyə ssenaridə şadlıq evinin həmin xəstəxananın beş addımlığında yerləşməsi də öncədən zərgərdəqiqliyi ilə nəzərə alınmışdı. Protez yüzə-yüz bəyin ayaqlarına biçilmişdi. Əgər, yaddaşı silinmiş olsaydı, bu anlarda, bəlkə də, Qorxmaz ayaqlarını itirdiyini tutmayacaqdı da. Əvvəlki yerişinə nisbətən yadrıxsa da, buna çox zaman lazım gəlmədi. Şadlıq sarayına yaxınlaşanda, artıq o, az qala hərbi yerişə keçmişdi.

      Tamada hamını yerini tutmağa çağıraraq səsinə güc verdi.

-      Deyirlər, qədim inancımıza görə, bəylə gəlin öz toylarında ürəkdən oynayanda həm bolluq, həm də ucuzluq olar. Odur ki məclisimizin səbəbkarlarını meydana dəvət edirəm, - deyə nəzakətlə gəlinin əlindən tutaraq onu giriş qapısına sarı yönəltdi.

       Hamı səsini içinə qısıb, çaşqınlıqla nələrin baş verdiyini axıra qədər anlamağa çalışırdı.  Budur, şükürlər olsun, şax-şux görkəmdə, öz ayaqları üstə namxuda möhkəm dayanan bəy bir qədər duruxan gəlinə göz basıb, qoşa əllərini ona uzatdı. Bir cüt xoşbəxt qaranquş sağa-sola süzməkdəydi. Hər kəs heyranlıqla onları seyr edirdi. Milli rəqsləri əcnəbi rəqslər əvəzlədikcə şırıqqa tavana dirənirdi. Kimsə bu heyrətamiz mənzərədən doydum demək bilmirdi. Sürprizlər bununla bitmədi. Az sonra əsl vətəndaşlıq mövqeyinə, Azərbaycan qadınının adını uca tutduğuna görə dövlətin adından gəlinə həsədolunacaq səviyyədə təmirli, mebelli dördotaqlı lüks mənzilin açarları təqdim edildi. Bəy də növbəti hədiyyəsiz qalmadı. Ona Yaponiyada xüsusi sifariş əsasında yığılmış, tam kompyuterləşdirilmiş, düyməni basmaq və sadəcə sükanı idarə etməklə hərəkətə gələn elektromobilin açarları verildi.     

     Öz axarınca davam edən məclisin gur çağıydı. Ötən müddətdə Qorxmazı sakit buraxmayan jurnalistlər bu dəfə toyda peyda oldular. Nişan kimi toydan da əksəriyyəti, elə dövləti də duyuq salan, bax, bunlardı. Neyləsinlər, onların da nüfuzu və çörəyi məhz belə məxsusi hadisələri qabaqlamaq bacarığından çıxır. Bir də ki, bundan da mühüm hansısa xəbər ola bilərdimi?

   Nərmənazik, xanım-xatun jurnalist bir göz qırpımındaca özünü gəlinə yetirdi.

-      Xoşbəxtsinizmi?

-      ...

    Gəlin suala gözlərindən sellənən sevinc yaşları ilə cavab verdi. Bu dəfə jurnalist mikrofonu bəyə sarı yönəltdi.

-      Sözsüz ki, Siz də bu cür gözəl-göyçək, ağıllı-kamallı, etalon  insanlıq nümunəsi göstərmiş xanımla bir ömrü paylaşacağınıza çox sevinirsiniz?

-      Təbii, elədir, bu onun və valideynlərinin böyüklüyüdür, eləcə də, bizim milli mənəvi dəyərlərimizin mükəmməlliyinin əyani göstəricisidir. Qaldı ki, xoşbəxtliyə... Bu suala birmənalı cavab vermək çox çətindir... Zənnimcə, əsl xoşbəxt o kəslərdir ki, həyat yollarına məhz öz mənəviyyatları gur işıq salır.  

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ veteranı olan müəllim işdən çıxarılır - O, nazirə MÜRACİƏT ETDİ 23 Sentyabr 2020, 01:36 Çempionlar Liqasında 3 oyun keçirildi - NƏTİCƏLƏR 23 Sentyabr 2020, 00:56 Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat 23 Sentyabr 2020, 00:38 Koronavirusa görə məhdudiyyətlər daha 6 ay uzadılıb 23 Sentyabr 2020, 00:24 Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO 23 Sentyabr 2020, 00:09 ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır 22 Sentyabr 2020, 23:35 Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO 22 Sentyabr 2020, 23:17 Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir” 22 Sentyabr 2020, 22:59 Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI 22 Sentyabr 2020, 22:48 BMT-də islahatlar zamanıdır...   22 Sentyabr 2020, 22:45 Zelenski Prezident İlham Əliyevə  zəng edib 22 Sentyabr 2020, 22:37 Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi 22 Sentyabr 2020, 22:23 Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI 22 Sentyabr 2020, 22:09 “Kipr türk xalqını haqlı davasında heç vaxt yalnız buraxmayacağıq” - Ərdoğan 22 Sentyabr 2020, 21:53 Paytaxtda ağır qəza: 4 piyada vuruldu 22 Sentyabr 2020, 21:42 Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq 22 Sentyabr 2020, 21:31 Bakının üç rayonu  qazsız qalacaq 22 Sentyabr 2020, 21:24 Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir” 22 Sentyabr 2020, 21:24 Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO 22 Sentyabr 2020, 21:20 Quba sakini intihar etdi 22 Sentyabr 2020, 21:11 Nobelçilər Baydeni dəstəkləyir 22 Sentyabr 2020, 20:59 İlham Əliyev və Ərdoğan cəbhədəki erməni təxribatını müzakirə etdilər 22 Sentyabr 2020, 20:46 Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü 22 Sentyabr 2020, 20:41 Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir 22 Sentyabr 2020, 20:30 Avropa İttifaqı nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirir 22 Sentyabr 2020, 20:17 Göygöldə qayadan yıxılan oğlan xəstəxanada öldü 22 Sentyabr 2020, 20:04 Sahibə Qafarova: “Ermənistan böyük müharibəyə hazırlaşır” 22 Sentyabr 2020, 20:00 Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ   22 Sentyabr 2020, 19:53 Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı səfirini qəbul edib 22 Sentyabr 2020, 19:47 Diplomatların xaricdən Azərbaycana avtomobil gətirməsi qaydaları SƏRTLƏŞDİRİLDİ 22 Sentyabr 2020, 19:41 Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olundu 22 Sentyabr 2020, 19:35 Prezident İlham Əliyev dünyanın ali tribunasından Azərbaycanın prinsipal mövqeyini bir daha bəyan etdi   22 Sentyabr 2020, 19:27 AMEA-da işçi qrup yaradıldı 22 Sentyabr 2020, 19:18 Prezident dövlət qurumunun adını DƏYİŞDİRDİ 22 Sentyabr 2020, 19:09 Energetika Nazirliyinə yeni səlahiyyət verildi 22 Sentyabr 2020, 19:00