Modern.az

Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ

Jurnalist onu mühafizə edən polislə birgə GÜLLƏLƏNDİ

Dünya

3 Avqust 2020, 22:47

Meksikalı jurnalist Pablo Morrugares və onun polis mühafizəçisi güllələnib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Pablo Morrugares bu il ölkədə öldürülən dördüncü jurnalistdir.

Jurnalist qətlə yetirilməzdən bir müddət əvvəl bir supermarketə yaxın yerdə cinayətkar dəstələr arasında döyüşlə bağlı məlumat yaymışdı.


Qeyd edək ki, bu hücum Morrugaresin hədəf alındığı ilk hadisə deyil. 2016-cı ildə ona həyat yoldaşı ilə birlikdə qəsd edildikdən sonra polis əməkdaşları tərəfindən mühafizə olunurdu.

Qeyd edək ki, 2000-ci ildən bəri Meksikada 100-dən çox jurnalist öldürülüb. Bu cinayətlərin yalnız kiçik bir hissəsinin üstü açılıb. Hazırda Meksika Dünya Mətbuat Azadlığı İndeksi üzrə 180 ölkə arasında 143-cü sırada yer alır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?