Modern.az

Bakı polisi küçə və avtobuslarda reydlər aparır - FOTO

Bakı polisi küçə və avtobuslarda reydlər aparır - FOTO

4 Avqust 2020, 11:45

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, ictimai nəqliyyatda, qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

 

Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Modern.az-a verilən məlumata görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlərdə yaşayış yerini icazəsiz tərk edən, sosial məsafəni gözləməyən, 5 nəfərdən artıq qrup halında toplaşan, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, mövcud sanitar-gigiyenik tələblər izah olunur.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?