Modern.az

Livanda matəm elan olundu: ölənlərin sayı artır

Livanda matəm elan olundu: ölənlərin sayı artır

4 Avqust 2020, 22:16

Livanda baş verən partlayışla bağlı ölkədə matəm elan olunub.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin Baş Naziri Həsən Diyab Beyrutdakı güclü partlayış səbəbindən çərşənbə gününü ölkədə matəm elan edib.

Qeyd edək ki, Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayışlar baş verib.

 

Partlayış nəticəsində ölənlər arasında məmurlar, diplomatlar da var. Belə ki  Livanın Kataib partiyasının lideri Nizar Nadjaryan Beyrutdakı partlayış nəticəsində ölüb.

Rusiya Federasiyasının Livandakı Səfirliyinin binasına da maddi zərər dəyib. Partlayış nəticəsində binanın fasad hissəsindəki şüşələr və qapılar qırılıb. Səfirliyin bir əməkdaşı xəsarət alıb. Qadına tibbi yardım göstərilib.

Həmçinin, hadisə nəticəsində Qazaxıstanın Beyrutdakı diplomatik missiyasının binasına zərər dəyib. Konsul yüngül xəsarət alıb.

 

İndiyədək ölü sayı 12-yə çatıb, yüzlərlə yaralı var.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı