Modern.az

Hafiz Hacıyev hiddətləndi: “Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?!”

Hafiz Hacıyev hiddətləndi: “Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?!”

Aktual

6 Avqust 2020, 15:58

“Mənə yol polisi 1 manat cərimə belə yazmayıb. Sürücülük hüququmun alınması xəbərləri də yalandır”.

Bunu Modern.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilməsi haqqında mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu xəbəri kimsə məqsədli şəkildə yayıb:

“Boş-boş söhbətlərdir. Elə böyüdüb, yazıblar ki, elə bil məhkəmənin qərarı var. Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?! Bizi istəməyən qüvvələr belə yalan məlumatları yayırlar, qoy yaysınlar. Əhəmiyyət verməyin!”.

Qeyd edək ki, Avtosfer.az saytının yaydığı məlumata görə, partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olması onun sürücülükdən məhrum edilməsinə gətirib çıxarıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!