Arxiv
6 Avqust 2020, 16:47 | AKTUAL
“190 manat pay torpaqları olan şəxslərə də şamil olunsun” - TƏKLİF

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müzakirəsindən irəli gələn bir neçə məsələyə toxunmaq, bəzi təkliflər vermək istərdim.

İlk olaraq qeyd etmək istərdim ki, xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmə 190 manatın verilməsi ilə əlaqədar 2 milyon 300 mindən artıq vətəndaşın müraciəti özləri və şəhər ( rayon ) Məşğulluq Mərkəzlərinin əməkdaşları tərəfindən işaxtaran və işsiz  kimi qeydiyyata alınsa da, ödəmə 600.000 şəxsə şamil olunduğundan digər müraciət edən şəxslərə kütləvi şəkildə  imtinalar verilib. Təklif edirəm ki, mövcud müraciətlərin yenidən daha dolğun və dəqiq araşdırılması təmin edilsin, bu zaman saya görə əsassız imtinalar verilməsin, birdəfəlik ödəmə əkinə yararsız və ya sahəsi az olan pay torpaqları olan şəxslərə də şamil olunsun, 190 manatdan aşağı olan müavinətlər birdəfəlik ödəmə məbləğinə çatdırılsın. 

 

Modern.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında çıxış edən deputat Sadiq Qurbanov deyib. Deputatın sözlərinə görə, nazirlik tərəfindən səsləndirilən 26 min iş yeri haqqı ödənilən ictimai işlərdir ki, hazırda bu iş yerləri haqqı olan 190 manat birdəfəlik ödəməni ala bilməyən vətəndaşların hər gün artmaqda olan narazılığının qarşısını ala bilmək üçün Nazirlik tərəfindən vətəndaşlara təklif olunur.  Bunlar küçə və parkların süpürülməsi, təmir və tikinti, dezinfeksiya işləridir, hansı ki heç bir peşə, ixtisas tələb etmir. Mövcud vəziyyətlə əlaqədar işsiz qalan ali təhsilli, kifayət qədər stajı olan vətəndaşlar əlbəttə, pandemiya dönəmində bu cür işlər görüb minimum əməkhaqqı almaqdansa, haqqı olan 190 manatı tələb edirlər.

 Təklif edirəm ki, rast gəlinən problemləri çözmək üçün, bu kateqoriyadan olan işaxtaranlarin maraqlarını təmin etmək üçün Nazirlər Kabinetinin təsdiq etdiyi“ Haqqı ödənilən ictimai işlərin təşkili qaydaları”na dəyişiklik edilməsi barəsində təşəbbüs göstərəsiniz. Haqqı ödənilən ictimai işlər isə yalnız Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanuna uyğun olaraq peşə hazırlığı olmayan şəxslərə təklif olunsun. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.5-ci bəndinə uyğun olaraq haqqı ödənilən ictimai işlər – işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir.

 

İkinci isə aktiv məşğulluq tədbirlərini ayrılıqda hər birini şərh etmək istəyirəm.Özünüməşğulluq istiqaməti üzrə  proses, xüsusilə də aktivlərlə təmin olunma mərhələsi olduqca ləng gedir. Qanuna əsasən vətəndaş işaxtaran kimi qeydiyyata alındıqdan sonra 5 iş günü ərzində işlə təmin ola bilmədikdə işsiz statusu alır. İşsiz statusu aldıqdan sonra təlimlərə cəlb olunmaq və öz biznes planının qiymətləndirilməsi üçün vətəndaş hardasa 2-3 ay gözləməli olur. Aktivlərlə təmin olunma isə bəzən 1 ilə qədər çəkir. Bütün bu proses ərzində əgər həmin şəxs işə düzələrsə, o, özünüməşğulluğa cəlb oluna bilmir. Göründüyü kimi, işsiz şəxsin özünüməşğulluğa cəlb olunması bugünün və sosial siyasətimizin tələblərinə cavab vermir.

Təklif: vətəndaşın qiymətləndirildiyi ay ərzində aktivlərlə təmin olunmasıdır.

 

Digər bir aktiv məşğulluq tədbiri olan işsiz və işaxtaran şəxslərin peşə hazırlığına cəlb olunması da keyfiyyət baxımından aşağı səviyyədədir. Vətəndaş peşə hazırlığı zamanı verilən minimum əməkhaqqı məbləğində (250 manat) təqaüdə daha çox maraq göstərir. Bu isə onunla əlaqəlidir ki, həmin müddətdə verilən təhsil qənaətbəxş olmadığından çox nadir hallarda həmin şəxs peşə hazırlığını bitirib işə düzələ bilir, əksər hallarda isə bu, mümkün olmur.

 

Sonda isə daha bir məsələyə aydınlıq gətirilməsini istərdim. Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətində aparılan struktur dəyişiklikləri nəticəsində 78 rayon üzrə məşğulluq mərkəzləri ləğv olunaraq 22 ərazi üzrə yeni qurum yaradılmışdır . Hesab edirəm ki, bu addımı günü-gündən artan əhalimizin maraqlarına və vətəndaş məmnunluğunun təmin olunmasına  xidmət edən bir addım kimi qiymətləndirmək olmaz. Nəzərə alsaq ki, sosial siyasətimizin əsas qayəsini vətəndaşlara düzgün və operativ xidmət göstərilməsi təşkil edir, halbuki ərazi üzrə yaranan bu idarələrə vətəndaşlarımızın əlçatanlılığı belə mümkün deyildir. İslahat adı altında baş verən bu birləşmə vətəndaşlarda narazılığın artmasına, onların məşğulluq imkanları ilə yetərincə əhatə olunmamasına gətirib çıxaracaqdır.

 

Təklifim ondan ibarətdir ki, əhalinin say artımı nəzərə alınmaqla iş keyfiyyətinin yüksəldilməsi məqsədilə bu məsələyə yenidən baxılsın.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13