22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
7 Avqust 2020, 16:53 | AKTUAL
Azərbaycana 30 kq narkotik vasitə gətirən şəxs yaxalandı - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qeyri-leqal yollarla gətirilən külli miqdarda narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb.


DİN-dən Modern.az-a verilən məlumata görə, belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Emin Əhədov saxlanılıb. Üzərində şəxsi axtarış aparılan zaman ondan 2 qrama yaxın psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.


Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən Emin Əhədovun Yasamal rayonunda yaşadığı evdən 21 kiloqram 508 qram narkotik vasitə heroin və 8 kiloqram 989 qram psixotrop maddə metamfetamin aşkar edilib. Bu  əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 30 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. 


Araşdırma zamanı müəyyən edilib ki, Emin Əhədov şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsini təşkil edib. Həmin şəxslə “Whatsapp” ani mesajlaşma şəbəkəsi vasitəsi ilə əlaqə saxlayan Emin Əhədov  narkotik vasitələri Füzuli rayonu ərazisində əldə edəndən sonra yaşadığı evdə saxlayıb. Daha sonra o,  narkotik vasitələri Respublikanın müxtəlif yerlərində gizlədib həmin ünvanların şəklini çəkərək İran vətəndaşına göndərməli imiş. Sonuncu isə həmin məlumatları şəxsiyyətləri istintaqla araşdırılan ölkə ərazisindəki narkokuryerlərə ötürməli imiş.  Qeyd edək ki, Emin Əhədov bir neçə dəfə bu yolla həmin şəxsin vasitəsi ilə narkotik vasitələrin Azərbaycana gətirilməsində iştirak edib.

         
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Emin Əhədov tutularaq istintaqa təqdim olunub. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.  Cinayət işi üzrə zəruri istintaq və  əməliyyat-axtarış tədbirləri davam etdirilir.

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək” 22 Sentyabr 2020, 14:17 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:12 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33 Nazirlik min manata görə öldürülən şəxslə bağlı MƏLUMAT YAYDI 22 Sentyabr 2020, 12:28 İlham Əliyev Səudiyyə Kralına məktub göndərdi 22 Sentyabr 2020, 12:22 AMEA-dan yaşı 65-i ötmüş işçilərlə bağlı AÇIQLAMA 22 Sentyabr 2020, 12:16 Prezident sərəncam İMZALADI 22 Sentyabr 2020, 12:10 Ermənistan müdafiə naziri Qarabağa gəldi 22 Sentyabr 2020, 12:06 Ceyhun Bayramov protokol idarəsinə yeni rəis TƏYİN ETDİ 22 Sentyabr 2020, 12:00 Koronavirusa görə bağlanan bazar yenidən AÇILDI 22 Sentyabr 2020, 11:55 Ermənistan müxalifəti ümumrespublika mitinqinə HAZIRLAŞIR 22 Sentyabr 2020, 11:50 Gürcüstandan bəzi türk dövlətlərinə NÜMUNƏ: Yerevanın istəyini rədd edib 22 Sentyabr 2020, 11:44 Bakı metrosunda növbəti nasazlıq - İnterval artdı 22 Sentyabr 2020, 11:38 Elmar Qasımov BANM-ə qəbul olan tələbələrlə görüşüb 22 Sentyabr 2020, 11:33 Silvestr Stallone yetim qaldı 22 Sentyabr 2020, 11:28 Naxçıvanda komandirlər hazırlıq toplantısına cəlb olunub 22 Sentyabr 2020, 11:22 “Tarixən ermənilər vətənsiz insanlar olublar” - Deputat 22 Sentyabr 2020, 11:16