Arxiv
7 Avqust 2020, 17:35 | AKTUAL
Abituriyentlərin nəzərinə: Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən Modern.az-a bildirilib ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 7-21 avqust 2020-ci il tarixlərində verilən link (https://eservices.dim.gov.az/erizebak/qabiliyyet/?frm=egov) vasitəsilə qeydiyyatdan keçməlidirlər. 

İmtahan nəticələri hələlik bəlli olmayan abituriyentlər nəticələr elan olunduqdan sonra müsabiqə şərtlərini ödədikləri halda qeydiyyatdan keçə biləcəklər.

 

Məşqçilik, Musiqi müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Təsviri incəsənət müəllimliyi ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçməsi tələb olunmur. Onlar müsabiqədə V qrup üzrə qəbul imtahanından (cari ilin məzunları buraxılış imtahanından) topladıqları bal əsasında iştirak edəcəklər.


Xatırladaq ki, buraxılış imtahanlarının nəticələri iki il qüvvədə olduğu üçün ötən il buraxılış imtahanlarında iştirak edib müsabiqə şərtlərinə uyğun bal toplayan və xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlər də ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd veriblərsə, qeydiyyatdan keçməlidirlər.


Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak üçün qeydiyyatdan keçməli və qabiliyyət imtahanında iştirak etməlidirlər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Buna görə də qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyatdan keçmək tələb olunmur. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız V qrup üzrə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.


Musiqi müəllimliyi ixtisasını öz ərizələrində qeyd etmək istəyən və musiqi məktəbini 2016-cı ilə qədər bitirən abituriyentlər və subbakalavrlar öz bitirdikləri musiqi məktəbi ilə şəxsən əlaqə saxlayıb musiqi təhsili haqqında məlumatlarını “Musiqi məktəbi-məzun” sisteminə daxil etdirməlidirlər.


Məşqçilik, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisaslarını öz ixtisas ərizələrində qeyd etmək istəyən abituriyentlər qəbul olduqları təhsil müəssisəsinə sağlamlıq haqqında 086U formalı tibbi arayışı təqdim etməlidirlər.

Memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanında iştirak etmək üçün 2-6 sentyabr 2020-ci il tarixlərində qeydiyyatdan keçə biləcəklər.


İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün 27-30 avqust 2020-ci il tarixlərində qeydiyyatdan keçə biləcəklər.


2020/2021-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə şərtləri


Xatırladaq ki, bir müddət əvvəl DİM ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər
üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 1-ci və 2-ci nömrələrini nəşr edib.


"Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu jurnallarda ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi və müsabiqənin keçirilməsi şərtləri, ixtisasların Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları (YQYK) üzrə bölgüsü, kadr hazırlığı aparılan orta ixtisas təhsili müəssisələri haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məs¬lə¬hətlər, tapşırıq nümunələri, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər və digər faydalı məlumatlar əksini tapıb.

Jurnalların elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident təməlqoyma mərasiminə qatıldı 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53