Modern.az

Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR

Avropada maska taxmayanları nə qədər cərimə edirlər? - MƏBLƏĞLƏR

Dünya

7 Avqust 2020, 18:27

Avropada, COVİD-19 -un yayılmasının qarşısını almaq üçün həyata keçirilən bir sıra tədbirlərdən birincisi maska taxmaq məcburiyyətidir. Bu qaydaya əməl etməyənlər isə ölkədən asılı olaraq  95 avrodan 6 min avroya qədər cərimə olunur.

Modern.az xarici kivə istinadən bəzi Avropa ölkələrindəki cərimələri təqdim edir.

 

Belçika

Paytaxtında Avropa qurumlarına və NATO-ya  ev sahibliyi edən Belçikada, qapalı yerlərdə, ictimai nəqliyyatda və alış-verişin edildiyi bəzi izdihamlı küçə və prospektlərdə maska taxmaq lazımdır. Qayda ilə uyğunlaşmayanlar isə 250 avro cərimə olunur. Belçikada yoluxmaların  ümumi sayı 72 min , ölənlərin sayı 9 min 861-dir

 

Fransa

Epidemiyanın yayılmasının ilk zamanlarında ən çox təsirlənən ölkələrdən biri olan Fransada qapalı yerlərdə  maska taxmaq məcburiyyəti var. Bəzi şəhərlərdə, izdihamlı açıq ərazilərdə maska taxmaq tələb olunur. Fransada maska taxmaqdan imtina edənlər 135 avro cərimə olunur. Bu cəzanın qanuna zidd olduğunu iddia edənlər də var. Bu insanlar, xüsusən sosial mediada qadağaya qarşı çıxırlar.

Fransada yoluxmaların  sayı 195 min 633-dir. Bu günə qədər 30 min 312 adam isə virusdan ölüb.

 

İspaniya

Epidemiyadan çox təsirlənən başqa bir ölkə İspaniyada maska taxmayanlara tətbiq olunan cərimələr 6 min avroya qədər yüksəlib. İzdihamlı və qapalı yerlərdə  sağlamlıq problemləri olanlar və 6 yaşdan kiçiklər istisna olmaqla, hamının maskala taxması məcburidir. İdman edərkən isə  maskaya ehtiyac yoxdur. Kataloniya, Bask ölkəsi, Balear adaları və Madrid kimi bəzi muxtar administrasiyalara görə kiçik fərqlər olsa da, maska tələbi bir çox yerlərdə var. Maska tələbinə əməl etməyənlər əksər yerlərdə 100 avro cərimə olunur. Öz təcrübələrinə qərar verən bəzi muxtar bölgələrdə bu cəza artır. Məsələn, hətta parklarda və restoranların bağçalarında maska qadağasının tətbiq olunduğu Ekstremadurada, qaydaya əməl etməyənlər ictimai sağlamlıq üçün yaratdığı riskdən asılı olaraq 6 min avroya qədər cərimə edilə bilər.

İspaniyada yoluxmaların ümumi sayı 354 min 530, ölənlərin sayı isə 28 min 500-ə yaxındır.

 

İtaliya

Epidemiyanın yayıldığı andan ən çox itki verən ölkələrdən biri olan İtaliyada, maska tətbiqi çox sıxdır. 249 min 204 yoluxmanın  olduğu və 35 min 187 insanın öldüyü İtaliyada cərimələr bölgələrə görə dəyişə bilər. Neapolun da yerləşdiyi Campania bölgəsində cərimə 1000 avrodur. İctimai binalarda, supermarketlərdə, ictimai nəqliyyatda və restoranlarda maskalar taxmaq məcburidir. İtaliyada ən çox ölüm halı yaşanan Lombardiyada aprel ayının əvvəlindən bərimaska taxmaq  məcburidir. Burada qadağaya tabe olmayanlar 400 avro cərimə olunur, bu halın təkrarlanacağı təqdirdə cəza 3 min avroya qədər artır.

 

Almaniya

215 min 210 yoluxmanın  olduğu  və 9 min 252 insanın öldüyü Almaniyada mağazalarda və ictimai nəqliyyat vasitələrində maska taxmaq məcburidir. Bölgələrə  görə cərimələr dəyişsə də, bir çox yerdə  qaydaya uymayanlar 150 avro  cərimə olunur.

 

Yunanıstan

Epidemiyanın əvvəlində nisbətən az yoluxmaların olduğu, lakin son həftələrdə  COVİD-19 xəstələrinin sayının artması ilə Yunanıstanda  tədbirlər gücləndirildi. Yunanıstanda, restoran və kafelər istisna olmaqla, demək olar ki, bütün açıq yerlərdə maska taxmaq məcburidir. Bunlara taksi və liftlər kimi yerlər daxildir. Uyğunsuzluğa görə cəza 150 avrodur. Bu günə qədər ölkədə 5 min 123 yoxluma qeydə alınıb, 210 nəfər ölüb.

 

Hollandiya

Avropa ölkələri arasında maska tələbinə əməl etməyənlərə verilən ən aşağı cərimə Hollandiyadadır. Ölkənin hər yerində maska taxmaq qaydası yoxdur. Sadəcə ictimai nəqliyyatdan istifadə edən 13 yaşdan yuxarı olanlar maska taxmalıdırlar. Uyğunlaşmayanlar 95 avro cərimə olunur. Bu təkrar olunarsa, cəza 350 avroya qədər artır.

Hollandiyada 56 min 982 yoxluma,   6 min 153 ölüm halı qeydə alınıb

 

Macarıstan

Macarıstanda yaz aylarından bəri, 6 yaşdan yuxarı hər kəs mağazalarda və ictimai nəqliyyatda maska taxmalıdır. Restoranlarda maska taxmaq  yalnız ofisiantlardan tələb olunur. Polis, maska taxmayanlara 5 min (14,5  avro) ilə 500 min (1450 avro) forint arası cərimə  yazmaq səlahiyyətinə malikdir. İyul ayının sonuna qədər 312 adama orta hesabla 70 avro pul cəzası kəsilib. Macarıstanda yoluxmaların  ümumi sayı 4597, ölənlərin sayı isə 600 olub.

 

Skandinaviya ölkələri

Skandinaviya ölkələrində, İsveç, Norveç, Danimarka və Finlandiyada insanlar  maska taxmaq məcburiyyətində deyil. Bəzi ölkələrdə hökümət  xalqa qadağalar qoymaq əvəzinə yalnız maskalardan istifadə etməyi tövsiyə edir. Bu ölkələrdə hökumətin maska qadağasının olmaması da tənqidlərə səbəb olur. Bununla birlikdə bəzi Skandinaviya ölkələrində bəzi şirkətlər hava limanları, qatar stansiyaları kimi yerlərdə işçilərə və müştərilərə maskalar paylayır. Skandinaviya ölkələrindən İsveçdə 81 min 967 yoxluma  və 5 766 ölüm, Danimarkada 14 min 306 yoxluma  və 617 ölüm, Finlandiyada 7 min 532 yoxluma  və 331 ölüm, Norveçdə 9 min 468 yoxluma  və 256 ölüm halı qeydə alınıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır