Modern.az

Beyrutdakı etirazlarda yaralı sayı 490-a çatdı - YENİLƏNİB

Beyrutdakı etirazlarda yaralı sayı 490-a çatdı - YENİLƏNİB

Dünya

9 Avqust 2020, 00:05

Beyrutda davam edən iğtişaşlar zamanı 490 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Livan cəmiyyətinin "Twitter" səhifəsində deyilir.

 

21:42

 

Beyrutda baş verən toqquşmalarda yaralıların sayı artıb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, etirazçılar və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda xəsarət alanların sayı 172 nəfərə çatıb.

Məlumata görə, etirazçılar artıq Livanın Xarici İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin binasını ələ keçirib. 

 

20:41

 

Livanda etirazlar zamanı əsayiş keşikçiləri ilə qarşıdurma yaranıb.

 

Modern.az xəbər verir ki, bu barədə Livan Qızıl Xaç Cəmiyyəti öz “Twitter” səhifəsində məlumat yayılıb.

 

Məlumata görə, mitinqlər Beyrutun mərkəzindəki parlament binasının qarşısından başlayıb. Artıq etirazçılar şəhərin Əşrəfiyyə bölgəsində yerləşən Livan Xarici İşlər Nazirliyinin binasına daxil olublar.

 

Polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib.Polis qüvvələri ilə etirazçılar arasında baş verən qarşıdurmada 130 şəxs yaralanıb.

28 nümayişçi xəstəxanaya yerləşdirilib, digərlərinə isə yerində tibbi yardım göstərilib.


Qeyd edək ki, etirazçılar limanda baş verən partlayışdan sonra hazırkı hökumətin istefasını tələb edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır