Modern.az

İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı

İstanbulda avtobus qəzası - 5 ölü, 25 yaralı

9 Avqust 2020, 11:26

Türkiyədə İstanbulun Sarıyer rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, bu barədə “CNN Turk” xəbər verib.

 

Qəza nəticəsində avtobus sürücüsü də daxil olmaqla 5 nəfər ölüb, 25 nəfər yaralanıb.

 

Hadisə yerinə təcili yardım, yanğınsöndürən və polis maşınları cəlb olunub. Xəsarət alanlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı