Modern.az

“Belarusda əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq” - Naqif Həmzəyev

“Belarusda əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq” - Naqif Həmzəyev

9 Avqust 2020, 20:39

"Belarusda keçirilən prezident seçkiləri zamanı hər hansı bir problem qeydə alınmayıb".

 

Modern.az xəbər verir ki, bunu Belarusda seçkiləri müşahidə edən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Seçki məntəqələrində iştirak edən Naqif Həmzəyev bildirib ki, səsvermə kampaniyası Seçki Məcəlləsinə uyğun olaraq təşkil edilib və prosesi izləyərkən əhalinin seçkiyə marağının yüksək olduğunun şahidi olduq. Avqustun 4-dən 8-dək erkən səsvermə belarusların seçki kampaniyasına məsuliyyətlə yanaşdığını göstərdi. Əsas səsvermə günü də seçicilərin fəallığı yüksəkdir.


Qeyd edək ki, səsvermə prosesini 248 beynəlxalq və 50 minə yaxın yerli müşahidəçi izləyir. Xarici müşahidəçilər arasında MDB Parlamentlərarası Assambleyası Şurası baş katibinin müavini, Milli Məclisin bu qurumdakı nümayəndəsi Aydın Cəfərov, Milli Məclisin deputatları Azər Badamov, Naqif Həmzəyev, Arzu Nağıyev və Kamran Bayramov da var. Azərbaycan nümayəndə heyəti seçkilərlə bağlı bir sıra görüşlər keçiriblər.

Görüşlərində seçki kampaniyasının aparılması, seçki qanunvericiliyinin tələblərinin qorunması, şəffaf və ədalətli seçkilərin təmini məsələləri müzakirə edilib.
Ali vəzifə uğrunda 5 namizəd - Belarus prezidenti postuna dövlət başçısının səlahiyyətlərini icra edən Aleksandr Lukaşenko, “Həqiqəti söylə” ictimai hərəkatının həmsədri Andrey Dmitriyev, parlamentin aşağı palatasının keçmiş deputatı Anna Kanopatskaya, evdar qadın Svetlana Tixanovskaya və “Belarus Sosial Demokratik Hramada” partiyasının sədri Sergey Çereçen mübarizə aparırlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı