Modern.az

Ordu etirazçıları hökumət binasından çıxarır

Ordu etirazçıları hökumət binasından çıxarır

Dünya

9 Avqust 2020, 23:26

Livanda hökumət etirazçılara qarşı ordudan istifadə edir.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Livan ordusu əlavə qüvvələrin gəlişindən sonra etirazçıları hökumət binasından çıxarmağa başlayıb.

Belə ki, Beyrut Suks səmtində toplaşan etirazçılar parlamentə gedən küçəyə gələrək ordu nümayəndələrinə və polislərə daş və partlayıcı vasitələr atmağa başlayıblar.

Bundan sonra polis etirazçılara gözyaşardıcı qaz tətbiq edib. Etirazçı kütlə yalnız ordunun gəlişindən sonra meydandan geri çəkilməyə başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?