Modern.az

Qeyri-ərzaq mallarının satışına icazə verilir

Qeyri-ərzaq mallarının satışına icazə verilir

Aktual

10 Avqust 2020, 00:13

Bu gündən sərt karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin fəaliyyətinə  icazə verilir.

Modern.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin rejiminin yumşaldılması istiqamətində qəbul etdiyi növbəti tədbirlər paketinə əsasən, Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektləri və əhaliyə məişət xidmətləri göstərən obyektlər (iri ticarət mərkəzləri istisna olmaqla) 2020-ci ilin avqustun 10-u saat 00.00-dan fəaliyyət göstərə bilər.

Operativ Qərargahın qərarına əsasən hələlik iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunmayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir