Arxiv
11 Avqust 2020, 09:10 | ÖLKƏ
İrəvan Türk Respublikasının gələcək PLANLARI: “Pasportlaşma, parlament və prezident seçkiləri...”

Mühacir Qərbi Azərbaycan İrəvan Respublikasının adı İrəvan Türk Cümhuriyyəti olaraq dəyişdirilib.

 

Bu barədə Modern.az-a mühacir dövlətin təsisçisi, ermənişünas alim Qafar Çaxmaqlı məlumat verib. O, dövlətin adının dəyişdirilməsinin səbəblərini izah edib:

“Avqustun 8-də Sədarətin toplantısını keçirdik. Sədarət uzun müddət müzakirələrə səbəb olan Mühacir Qərbi Azərbaycan İrəvan Respublikasının adının dəyişdirilməsi ilə bağlı məsələ qoymuşdu. Biz bu məsələni bir neçə dəfə müzakirə etsək də qərar qəbul etməmişdik. Səs çoxluğu ilə İrəvan Türk Cümhuriyyəti adı ilə davam etməyə qərar verdik.

Biz beynəlxalq təşkilatlara müraciət edərkən Qərbi Azərbaycan İrəvan Respublikası olaraq müraciət edirdik. Qərbi Azərbaycan kəlməsi isə müəyyən dolaşıqlıq yaradırdı. Çünki Cənubi Azərbaycanın bir hissəsi Qərbi Azərbaycan ostanı adlanır. Paytaxtı Urmiya olan bölgədir.

 

İkinci tərəfdən biz bu fikirdəyik ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Ölkə başçısı da dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağda ermənilər işğalçılıq fəaliyyəti göstəriblər, Azərbaycanın böyük hissəsini işğal altında saxlayırlar. Biz də Qərbi Azərbaycan adı ilə ortaya çıxsaq, anlaşılmazlıq yaranar, ermənilər bizə qarşı “ikinci Azərbaycan dövlətini qurmaq istəyirlər” deyə iftiralar ata bilərdilər. İrəvan Türk Cümhuriyyəti adının qəbul edilməsinin əsasları var. Çünki İrəvan Azərbaycanın tarixi torpaqlarından biri olmaqla yanaşı həm də xanlıqlar dövründə ayrıca bir xanlıq olub. Bunu əsas götürdükdə, xanlıqların əahlisi, ordusu, bayrağı, digər atributları var idi. Bu mənada həm də İrəvan kəlməsi Qərbi Azərbaycan kəlməsinin həm başqa şəkildə daşıyıcısı həm də bir az da qısaldılmış formasıdır. Qərbi Azərbaycanda yaşayan və sonradan qovulan insanların təxminən 4 milyona yaxın insanın hamısı – 99,9 faizi türklərdən ibarətdir. Qərbi azərbaycanlılar hər zaman türk adlandırıldığından bu dəyişikliyi uyğun gördük. Bu mənim iradəmlə səsverməyə qoyulan, qəbul edilmiş qərar oldu. Fərqli fikirlər səsləndirənlər də oldu. Təbii ki, onlara böyük sayğı ilə yanaşırıq. Səs çoxluğu ilə məsələ qəbul edildi”.

 

Dövlətin fəaliyyəti ilə bağlı məqamlara gəlincə, Qafar Çaxmaqlı qeyd edib ki, bu neçə istiqamətdə şaxələnir:

“Birinci istiqamət beynəlxalq təşkilatlarla işdir. İkinci istiqamət isə dövlət atributlarının formalaşdırılması olacaq. Üçüncü istiqamət departament şəklində formalaşdırdığımız dövlətin fəaliyyətidir. Bizdə 10 departamentin ayrı –ayrı sahələr üzrə fəaliyyəti davam edir. Artıq katibliyimiz, onun rəhbəri və üzvləri də formalaşdırılıb. Başqa sözlə desək, genel sekreterlik formalaşdırmışıq.

Hədəflərimizlə bağlı müəyyən işlər görməyə çalışırıq. Bunu isə ictimaiyyətə hər zaman açıqlayırıq. Bilgiləndirmə məqsədi ilə qurulmuş mərkəzimiz də fəaliyyətlərini davam etdirir.

Bizim ən əsas işlərimizdən biri əhalini siyahıya almaqdır. Saytımız hazırlanır, demək olar, tamam hazırdır. Saytda Qərbi Azərbaycan əhalisinin pasportlaşmasını həyata keçirəcəyik. Burada doğulan insanlar və övladları, qovulanlar, müxtəlif ölkələrdə yaşayan Qərbi Azərbaycan kökənli insanlar qeydiyyata alınacaq. Sonra parlament seçkiləri olacaq. Hökumət formalaşdırıldıqdan sonra baş nazir  və prezident seçiləcək. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.

                                                                                                                                                                 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:24 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00 TƏBİB-də daha bir KADR TƏYİNATI 25 Sentyabr 2020, 17:54 İki icra hakimiyyəti ləğv olunsun - MM-in Komitə sədrindən ilginc təklif 25 Sentyabr 2020, 17:48 Bu şəxslərə hərbi xidmətlə bağlı SMS göndərildi 25 Sentyabr 2020, 17:42 Almaniya azərbaycanlıları ilə videogörüş keçirilib 25 Sentyabr 2020, 17:36 Ordumuzun döyüş hazırlığı prosesi davam edir - VİDEO 25 Sentyabr 2020, 17:30 Azay Quliyev seçicilərlə videogörüş keçirib     25 Sentyabr 2020, 17:25 “Jurnalist olmaq istəyirdim, amma gələcək nəslə sağlam həyat vermək daha maraqlıdı...” - Jurnalist övladı 25 Sentyabr 2020, 17:20 Bu ayın təqaüd və müavinətləri ödənilib 25 Sentyabr 2020, 17:15 Məcburi köçkünlər üçün keçirilən ilk yardım təlimləri başa çatıb 25 Sentyabr 2020, 17:12 Bakı Ali Neft Məktəbi ən yüksək keçid balı ilə yenə birinci oldu 25 Sentyabr 2020, 17:06 Bakı və Sumqayıtda KOB inkişaf mərkəzləri fəaliyyətə başladı 25 Sentyabr 2020, 17:00 Ermənistan cəbhədə vəziyyəti gərginləşdirməyə HAZIRLAŞIR 25 Sentyabr 2020, 16:55 UNEC-in 90 illik yubileyinə töhfə: nəfis tərtibatda kitablar   25 Sentyabr 2020, 16:50 Neftçalada su probleminin həlli ilə bağlı hazırlıqlar görülür - FOTO 25 Sentyabr 2020, 16:44 Dövlət Agentliyi toylara icazədən sonra şadlıq saraylarına nəzarəti AÇIQLADI 25 Sentyabr 2020, 16:38 Nazirliyin 25 əməkdaşı COVID-19-a yoluxdu - 1 nəfər öldü 25 Sentyabr 2020, 16:33 AFAQ layihəsinin ilkin mərhələsində 32 qadın fermerə dəstək göstərilib 25 Sentyabr 2020, 16:27 Daha iki sinif distant təhsilə keçdi 25 Sentyabr 2020, 16:22 Putin hərbi təlimlərə helikopterdə gəldi 25 Sentyabr 2020, 16:16 Bakının bu rayonlarında su olmayacaq 25 Sentyabr 2020, 16:10 Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru - FOTO 25 Sentyabr 2020, 16:05 Azərbaycanlı deputat: “Gürcüstanın səfiri ilə tez-tez görüşürük” 25 Sentyabr 2020, 16:00 Daha 13 şagirddə koronavirus tapıldı – RƏSMİ 25 Sentyabr 2020, 15:54 Azərbaycanın 10 milyonuncu adamı FOTOLARDA 25 Sentyabr 2020, 15:49 Bakıda bu ünvanda yeni səki istifadə verildi - FOTOLAR 25 Sentyabr 2020, 15:44 Beynəlxalq təşkilatlar etiraz etmir: torpaqlarımızın azad edilməsini özümüz tezləşdirməliyik   25 Sentyabr 2020, 15:40 Azərbaycanda virusa yoluxma yenidən azaldı - 2 nəfər öldü 25 Sentyabr 2020, 15:35 Kəlbəcər məktəbindən rekord - 56 məzundan 50-si yüksək balla  tələbə oldu - Direktor danışır 25 Sentyabr 2020, 15:32 Məktəbəhazırlıq qruplarına qəbul olan uşaqların sayı açıqlandı 25 Sentyabr 2020, 15:26 Lukaşenkonu təbrik edən yeganə prezident... 25 Sentyabr 2020, 15:21 Azərbaycanın ən gənc tələbəsi: “Orta məktəbə 4 yaşında getmişəm...” 25 Sentyabr 2020, 15:16