Modern.az

Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir

Gürcüstanda yeni azərbaycandilli məktəb tikilir

Aktual

12 Avqust 2020, 10:15

Gürcüstanın Laqodexi rayonunda azərbaycanlıların yaşadığı Qabal kəndində yeni ictimai məktəb inşa olunur.

 

Modern.az xəbər verir ki, ötən gün ölkənin baş naziri Giorgi Qaxaria hakim Gürcü Arzusu Partiyasının liderləri ilə birgə kəndə baş çəkib və tikinti işləri ilə tanış olub.

 

Azərbaycandilli məktəb 300 şagird üçün nəzərdə tutulub və müasir standartların tələblərinə tam cavab verəcək.  

 

Laqodexi bələdiyyəsində 30 ildən çoxdur yeni təhsil müəssisəsi inşa olunmayıb. Bu il Bələdiyyələrin İnkişafı Fondunun vəsaiti hesabına rayonda biri Qabal kəndində olmaqla iki ictimai məktəb tikilir.

 

Hakim partiyadan bildirilib ki, məktəb və məktəbəqədər təhsil müəssisələrinin inşası prioritet olaraq qalır və 2012-ci ildən bu sahədə bir sıra layihələr reallaşdırılıb. (Report.az)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?