Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb
Mən bu mövzuya fikrimi dahi Azərbaycan şairi Nizami Gəncəvinin misralari ilə başlamaq istəyirəm.
Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki,hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Xalqımızın qədim, əzablı problemlərindən biri də insanların taleyini heç də həmişə uğura aparıb çıxarmayan, əksinə, bəzən gələcək bədbəxtliyin əsasını təşkil edən peşə seçməklə bağlı problemdir. Min ildir ki, bu məsələdə övlad-valideyn qarşıdurması, ata-oğul mübahisələri bitib tükənmək bilmir. Valideynlər həyat təcrübəsinə, övladlar şəxsi istəklərinəəsaslanıb gələcək həyat uğrunda çarpışırlar. Hətta bu məsələdə xeyli atalar sözü, ibrətamiz hekayətlər də düzüb-qoşub xalqımız. Məsələn, "qızı özbaşına buraxsan, ya zurnaçıya gedər, ya halvaçıya".
Yəni, bu, o deməkdir ki, xalqımız zurnaçalanları, halvaçalanları kürəkən gözündə görməyib heç vaxt və heç bir valideyn razı olmayıb ki, oğlu gələcəkdə heç kimin qız verməyəcəyi zurnaçalan, halvaçalan olsun.
Peşə seçimində gənclərin azad seçim etmək imkanının total nəzarətdə olması və ya ümumiyyətlə, belə bir imkanın olmamasının nəticəsidir ki, bu gün ölkə peşəkar olmayan peşə sahibləri ilə doludur. Bunun bir səbəbi də peşələrin bizdə hələ də nəsildən-nəsilə ötürülməsidir. Adətən, ata hansı peşənin yiyəsidirsə, övladından da öz yolunu davam etdirməyi tələb edir. Düzdür, orta əsrlərdə peşənin nəsildən-nəsilə ötürülməsi mövcud idi və nəsillər, tayfalar məşğul olduqları peşələrlə tanınırdı. Məsələn, misgərliklə, qalayçılıqla, dəmirçiliklə, xalçaçılıqla məşğul olan və bu peşələrin sirrini yüz illər ərzində qoruyub yaşadan nəsillər var idi. Bənnanın oğlu bənna, tacirlərin oğlu tacir olmalıydı. Ancaq bu, elə orta əsrlərdə də qaldı. O əsrlərdə ki, bugünki dünyada hamının adi haqqları sayılan, seçim, söz, fikir azadlıqları kimi anlayışlar, ümumiyyətlə, söz konusu deyildi.
Məktəb illərinin Məktəb illərinin başa çatması gənclər üçün yeni həyatın başlanması deməkdir. Sərbəst həyata atılan gənclərin qarşısında çoxlu sayda yollar açılır. Kimi əvvəlcədən müəyyənləşdirdiyi ali məktəbin qapısını döyür, kimi birbaşa istehsalata, inşaat meydançasına yollanır. Gənclər gələcək peşələrini seçərkən, adətən, özlərindən böyüklərlə, ilk növbədə də valideynləri ilə məsləhətləşirlər.Bu da təbiidir. Yaşlı nəslin böyük həyat təcrübəsi var və onlar sabahın qurucularına öz seçimlərində yanılmamaları üçün dəyərli məsləhətlər verirlər.Mənim qənaətimə görə gənclərin hansı peşəni seçmələrinin elə bir ciddi fərqi yoxdur.Hər peşənin, hər sənətin öz gözəlliyi var. Əsas odur ki,seçdiyin peşəyə qəlbən bağlı olasan, onun sirlərini öyrənəsən, bütün incəliklərinə yiyələnəsən. Yalnız bu halda seçdiyin sənətlə cəmiyyətdə nüfuz, hörmət qazana biləsən.Məndə artıq öz seçimimi etmişəm.Artiq Bakı Slavyan Universitetinin tələbəsiyəm.Çalışıram ki,öz ixtisasimi daha yaxşı oyrenim ki, gələcəkdə şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarımı sərf edim.
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir.
Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.
Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Gələcəkgənclərin, gənclər isəMüəllimlərin əsəridir!!!
Hidayətova Mehriban
Bakı Slavyan Universiteti Pedaqoji fakültə
27 May 2012, 15:30 | DÜNYA
Peşə seçimi və gənclərin sənətə bağlılığı
Bizimlə əlaqə saxlayın
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv











































Temperatur 10 dərəcə aşağı düşəcək, Bakıya qar yağacaq - XƏBƏRDARLIQ
18 Yanvar 2021, 11:51
Pensiyalar artırılacaq - Nazir müavini
18 Yanvar 2021, 11:50
Oqtay Şirəliyev əhalini vaksin vurdurmağa çağırdı - təhlükəsizdir
18 Yanvar 2021, 11:47
Koronavirus bu hadisədən sonra yayılıb - Alimlərdən açıqlama
18 Yanvar 2021, 11:42
Vətən müharibəsi qəhrəmanlarına təqaüdlərin verilməsi BAŞLADI
18 Yanvar 2021, 11:38
Koronavirusa yoluxan Rəşid Mahmudov: “Yaxşıyam, lap dəf kimiyəm”
18 Yanvar 2021, 11:35
Uşaq bağçaları da açılır?
18 Yanvar 2021, 11:32
Türkiyə-Azərbaycan birgə təlimləri Ermənistanı QORXUYA SALDI
18 Yanvar 2021, 11:27
Baş Prokurorluq insan alveri ilə bağlı videoçarx hazırladı
18 Yanvar 2021, 11:25
Südün tərkibi və bioloji xüsusiyyətləri - MƏQALƏ
18 Yanvar 2021, 11:22
Ağdamın Xıdırlı kəndi - VİDEO
18 Yanvar 2021, 11:18
İcra başçısı Şəhid məzarlarını ziyarət etdi - FOTO
18 Yanvar 2021, 11:13
Oqtay Şirəliyevə vaksin vuruldu - VİDEO
18 Yanvar 2021, 11:08
Qazax sakinindən silah və narkotik götürüldü - FOTOLAR
18 Yanvar 2021, 11:04
Vahid Əhmədov: “Möhtəkirlər yenə də əhalini çətin vəziyyətdə qoyacaqlar”
18 Yanvar 2021, 10:59
Vaksin vurduran şəxslərə COVID-19 pasportu VERİLƏCƏK
18 Yanvar 2021, 10:56
Cəbrayıl və Qubadlıda daha 3 erməni hərbçinin cəsədi TAPILDI
18 Yanvar 2021, 10:53
Nazirlik 20 Yanvarla bağlı müraciət etdi
18 Yanvar 2021, 10:49
Polietilen torbaların ishtehsalı və satışı bu tarixdən tam qadağan olunacaq
18 Yanvar 2021, 10:44
Şuşada beşmərtəbəli binada YANĞIN
18 Yanvar 2021, 10:38
Yol polisi vətəndaşalara müraciət etdi
18 Yanvar 2021, 10:33
Prokuror olmaq istəyənlərin nəzərinə
18 Yanvar 2021, 10:28
Postlardan 4 min maşın geri qaytarıldı
18 Yanvar 2021, 10:23
Müharibədən qayıdan jurnalist: “Mən də könüllü yazılmışdım, atam da...” - MÜSAHİBƏ
18 Yanvar 2021, 10:21
Bu ölkədə hərbçilər evdən xidmət aparacaq – MARAQLI
18 Yanvar 2021, 10:16
Daha bir tanınmış həkim vəfat - FOTO
18 Yanvar 2021, 10:10
Xəzan bilməyən fəsildir şair ömrü
18 Yanvar 2021, 10:05
Miqrasiya xidməti əcnəbilərə müraciət etdi
18 Yanvar 2021, 10:00
Qərb Navalnının saxlanılmasını pislədi – Yeni sanksiyalar hazırlanır
18 Yanvar 2021, 09:55
Azərbaycanda koronavirus peyvəndləri birinci onlara VURULACAQ
18 Yanvar 2021, 09:49
Cəbrayıl polisi Bakı sakinlərini narkotiklə tutdu
18 Yanvar 2021, 09:48
Hay sürüsünün növbəti uydurma əsərinə aid mülahizələr - II HİSSƏ
18 Yanvar 2021, 09:43
Türkiyədə zəlzələ baş verdi
18 Yanvar 2021, 09:38
30 ildə Qarabağı talayan xarici şirkətlər - ADLAR
18 Yanvar 2021, 09:32
Neft yenidən ucuzlaşdı
18 Yanvar 2021, 09:26








