Modern.az

Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi

Oyunçusu koronanaya yoluxan kluba texniki məğlubiyyət verildi

13 Avqust 2020, 00:47

UEFA Kosovonun "Drita" klubuna texniki məğlubiyyət verib.

Modern.az xəbər verir ki, buna sözügedən klubun futbolçusu koronavirusa yoluxduğu üçün komandanın "Linfild"lə (Şimali İrlandiya) matça çıxmaması səbəb olub.

Qeyd edək ki, Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin final oyunu çərçivəsində keçirilməli olan qarşılaşma təxirə salınmışdı.

Belə ki, avqustun 7-də "Drita"da bir oyunçunun testinin cavabı pozitiv çıxmışdı. "Linfild"lə qarşılaşma öncəsi isə daha bir oyunçunun virusa yoluxduğu müəyyənləşdiyindən, qarşılaşma təxirə salınmışdı. UEFA İsveçrənin səhiyyə xidməti ilə birlikdə Kosovo təmsilçisini bütün komanda şəklində karantinə almaq qərarına gəlib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi