Modern.az

Türkiyədə daha  21  nəfər koronavirusdan ölüb

Türkiyədə daha  21  nəfər koronavirusdan ölüb

13 Avqust 2020, 21:27

Türkiyədə son sutka ərzində daha  21  nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 912 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 243-nün cavabı pozitiv çıxıb.
Bununla da yoluxanların  ümumi sayı 245 635   nəfərə çatıb. Müalicə olunan  1 243 xəstə isə bu gün evə buraxılıb. Bununla ölkədə koronavirusdan sağalanların sayı 228 057 nəfərə çatıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir