Modern.az

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Gürcüstanın Azərbaycana borcu açıqlandı

Aktual

14 Avqust 2020, 00:53

Gürcüstanın Azərbaycana olan borcunun məbləği 6,107 milyon ABŞ dolları təşkil edir.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Avqustun 1-nə olan məlumata əsasən, aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcu dəyişməz olaraq qalıb.

Gürcüstanın ümumi xarici borcu isə 6,5 milyard ABŞ dollara bərabərdir ki, bunun da 6,3 milyard ABŞ dolları hökumətin payına düşür.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana da borcu aylıq müqayisədə dəyişməyərək müvafiq olaraq 11,78 milyon ABŞ dolları, 46,019 milyon ABŞ dolları və 6,326 milyon ABŞ dolları təşkil edib.  

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (493,5 milyon ABŞ dolları), Fransa (558,2 milyon ABŞ dolları) və Yaponiya (216,4 milyon ABŞ dolları) yer alıb. (Report)

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu