Arxiv
14 Avqust 2020, 15:20 | AKTUAL
“Dövlətimizin milli maraqlarına qarşı təxribat törədənlərin bütün əməlləri iflasa uğrayacaqdır”

İyulun 12-də Azrəbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilən təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən böyük şücaətlə alındı. Xain düşmənin növbəti təcavüz aktı nəticəsində hərbi qulluqçularımız şəhid oldu və bir mülki vətəndaşımız qətlə yetirildi. Hadisədən dərhal sonra vətəndaşlarımız, xüsusilə gənclər orduya dəstək olmaq məqsədilə yürüş keçirdi və ölkəmizin düşmən qarşısında xalq-iqtidar birliyini pozmağa cəhd edən qüvvələr həmin yürüşə kölgə salmağa çalışdı. Lakin vətəndaşlarımızın və polisimizin ayıq-sayıqlığı nəticəsində ölkəmizdə Ermənistanın və erməni lobbisinin tapşırıqlarını yerinə yetirən 5-ci kalonun bu təxribatlarının qarşısı aldındı. Həmin hadisələrdən sonra, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın haqq səsinin digər ölkələrin cəmiyyətlərinə çatdırmaq üçün söz və toplaşmaq azadlığı çərçivəsində dinc şəkildə aksiyalar təşkil etdilər. Diplomatiya və hərb sahəsində heç bir dəstək əldə edə bilməyən Ermənistan bu dəfə xaricdə yaşayan erməni lobbisinin üzvləri vasitəsilə xaricdəki soydaşlarımıza vəhşicəsinə hücumlar edib öz təcavüzkar siyasətini açıq şəkildə bir daha nümayiş etdirdi. Bu hadisələrin fonunda, ən əsas diqqət çəkən məqam Azərbaycanın hər zaman yüksək tərəfdaşlıq əlaqələrinə sahib olduğu bəzi dövlətlərin vasitəçiliyi ilə Ermənistana silah yardımının edilməsi oldu. Belə ki, Tovuz istiqamətində iyul ayının ortalarında törədilən təxribatlardan bir neçə gün əvvəl Serbiyadan Ermənistana çox sayda silah sursat göndərilmişdir ki, bu da hər zaman Serbiyanın çətin günlərində onun yanında olan və Serbiyanın ərazi bütövlüyünü tanıyaraq Kosovanın müstəqilliyini tanımayan Azərbaycanda böyük təssüf hissi yaratdı. Bu hal aşkarlandıqdan dərhal sonra, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək,  Ermənistanıın istifadəsinə Serbiya istehsalı silahların verilməsi ilə bağlı təssüf hissi keçirdiyini bildirdi və Azərbaycana məsələni araşdırmaq üçün nümayəndə heyəti göndərdi. Digər önəmli bir məqam isə Azərbacyan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən törədilən təxribatlardan sonra Rusiyanın bu ölkəyə 400 tondan çox silah göndərməsi oldu. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən oldan Rusiyanın münaqişədə Azərbaycana hücum edən və indiki dövrdə ölkəmizin sərhədində təxribatlar törədən Ermənistana bu qədər böyük miqdarda silah yardımı etməsi cəmiyyətimizdə böyük suallar doğurur. Bu gün Ermənistan təkcə Azərbaycan üçün deyil, eyni zamanda regionumuza böyük təhlükələr və təhdidlər yaradır.  Ancaq Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi altında heç bir zaman bu vəziyyətlə barışmayacaq və hər zaman ölkəmizin milli maraqlarını nəyin bahasında olursa olsun müdafiə edən dövlətimizin başçısı bu məsələni bu yerdə qoymayacaq. Belə həssas dövrdə, xüsusilə təxribatlardan dərhal sonra Türkiyənin qardaş ölkə olaraq Azərbaycana həm siyasi, həm də hərbi cəhətdən dəstək olması cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılandı, əslində bu münasibətlər digər dövlətlərə gerçək dostluq, əməkdaşlığın necə olduğunu nümayiş etdirir. Hər şeydən öncə, Azərbaycanda güclü xalq-iqtidar birliyi var və vətəndaşlarımız Prezidentimizin ətrafında sıx birləşərək hər zaman olduğu kimi öz dəstəyini verir. Bu isə vətəndaşımızın Prezidentdə, Prezidentimizin isə vətəndaşa olan qayğısının təzahürüdür. Ona görə də dövlətimizin milli maraqlarına qarşı təxribat törədənlərin bütün əməlləri iflasa uğrayacaqdır.  

Fəsli Nəbiyev, 

YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qarabağ veteranı olan müəllim işdən çıxarılır - O, nazirə MÜRACİƏT ETDİ 23 Sentyabr 2020, 01:36 Çempionlar Liqasında 3 oyun keçirildi - NƏTİCƏLƏR 23 Sentyabr 2020, 00:56 Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat 23 Sentyabr 2020, 00:38 Koronavirusa görə məhdudiyyətlər daha 6 ay uzadılıb 23 Sentyabr 2020, 00:24 Dəhşətli qəzada sürücü yol kənarına düşərək öldü - FOTO 23 Sentyabr 2020, 00:09 ABŞ Rusiya və Çinin istehsalı olan vaksinlərin tətbiqinə hazırdır 22 Sentyabr 2020, 23:35 Oğluna 1500 qonaqla toy edən deputat cəzalandırıldı - VİDEO 22 Sentyabr 2020, 23:17 Ərdoğan dünyaya səsləndi: “Ermənistan Cənubi Qafqazda sülhə ən böyük əngəldir” 22 Sentyabr 2020, 22:59 Putin Makrona nə deyib? – Telefon danışığının detalları ÜZƏ ÇIXDI 22 Sentyabr 2020, 22:48 BMT-də islahatlar zamanıdır...   22 Sentyabr 2020, 22:45 Zelenski Prezident İlham Əliyevə  zəng edib 22 Sentyabr 2020, 22:37 Daha bir məktəb koronavirusa görə distant təhsilə keçdi 22 Sentyabr 2020, 22:23 Bu gün daha 10 şagird, 7 işçi heyətdə koronavirus AŞKARLANDI 22 Sentyabr 2020, 22:09 “Kipr türk xalqını haqlı davasında heç vaxt yalnız buraxmayacağıq” - Ərdoğan 22 Sentyabr 2020, 21:53 Paytaxtda ağır qəza: 4 piyada vuruldu 22 Sentyabr 2020, 21:42 Dövlət təhsil müəssisələri fəaliyyət üçün lisenziya almayacaq 22 Sentyabr 2020, 21:31 Bakının üç rayonu  qazsız qalacaq 22 Sentyabr 2020, 21:24 Qənirə Paşayeva: “Uşaqlara ilkin tibbi yardım qaydaları öyrədilməlidir” 22 Sentyabr 2020, 21:24 Kəlbəcəri Ermənistana birləşdirəcək yolun tikintisi başlandı – FOTO 22 Sentyabr 2020, 21:20 Quba sakini intihar etdi 22 Sentyabr 2020, 21:11 Nobelçilər Baydeni dəstəkləyir 22 Sentyabr 2020, 20:59 İlham Əliyev və Ərdoğan cəbhədəki erməni təxribatını müzakirə etdilər 22 Sentyabr 2020, 20:46 Türkiyədə son sutkada daha 65 nəfər koronavirusdan öldü 22 Sentyabr 2020, 20:41 Azərbaycan diasporu Ermənistan təxribatını pisləyir 22 Sentyabr 2020, 20:30 Avropa İttifaqı nəhəng şirkətlər üzərində nəzarəti sərtləşdirir 22 Sentyabr 2020, 20:17 Göygöldə qayadan yıxılan oğlan xəstəxanada öldü 22 Sentyabr 2020, 20:04 Sahibə Qafarova: “Ermənistan böyük müharibəyə hazırlaşır” 22 Sentyabr 2020, 20:00 Xaricdən ölkəyə mobil telefonların gətirilməsi ÇƏTİNLƏŞDİRİLDİ   22 Sentyabr 2020, 19:53 Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı səfirini qəbul edib 22 Sentyabr 2020, 19:47 Diplomatların xaricdən Azərbaycana avtomobil gətirməsi qaydaları SƏRTLƏŞDİRİLDİ 22 Sentyabr 2020, 19:41 Xaricdə yaşayan azərbaycanlıların Avropanın media orqanlarına çıxış imkanları müzakirə olundu 22 Sentyabr 2020, 19:35 Prezident İlham Əliyev dünyanın ali tribunasından Azərbaycanın prinsipal mövqeyini bir daha bəyan etdi   22 Sentyabr 2020, 19:27 AMEA-da işçi qrup yaradıldı 22 Sentyabr 2020, 19:18 Prezident dövlət qurumunun adını DƏYİŞDİRDİ 22 Sentyabr 2020, 19:09 Energetika Nazirliyinə yeni səlahiyyət verildi 22 Sentyabr 2020, 19:00