Modern.az

Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər

Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər

Aktual

14 Avqust 2020, 17:10

Kanadada vətəndaşlar tərəfindən baş nazir və hökumətin ünvanına gələn təhdidlərin sayı artıb. Son aylar vətəndaşlar Kanadanın baş naziri Castin Tryudonu və onun hökumət üzvlərini getdikcə daha çox hədələyirlər.
Modern.az xəbər verir ki, bu haqda məlumatı polisə istinadən Kanadanın “CTV” telekanalı yayıb.

Hüquq mühafizəçilərinin məlumatına əsasən, 2020-ci ilin yanvarından iyul ayınadək Tryudonun və onun nazirlər kabinetinin üzvlərinin ünvanına təxminən 130 hədə gəlib. Ötən il bu müddət ərzində göstərici 100, bütöv il ərzində isə 215 olub.

Sonuncu oxşar hadisə ötən həftə qeydə alınıb. Ottavada bir kişi Liberal partiyasından seçilmiş millət vəkili, İnfrastruktur və İcmalar üzrə Hökumət naziri Ketrin Makkennanın təşviqat qərargahına gələrək, işçilərdən birini təhiqr etməyə başlayıb.

                  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu