22 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
14 Avqust 2020, 19:08 | AKTUAL
BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin

Rusiya prezidenti Vladimir Putin İran və Almaniyanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzv-dövlətlərinin başçılarının görüşünün çağırılması ilə bağlı bəyanatla çıxış edib. 

 

Modern.az xəbər verir ki, APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: "BMT Təhlükəsizlik Şurasında İran məsələsi ilə bağlı müzakirələr daha çox gərginləşməyə başlayır. Vəziyyət gərginləşir. İranın ünvanına əsasız ittihamlar səslənir. Təhlükəsizlik Şurasının əvvəlki yekdil qərarlarını məhv etməyə yönəlmiş qətnamə layihələri hazırlanır. Rusiya İran Nüvə Proqramı ətrafındakı nizamlanma ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına tam sadiq qalır, hansı ki, 2015-ci ildə imzalan bu plan böyük bir siyasi və diplomatik nailiyyət idi, silahlı qarşıdurma təhlükəsinin qarşısını almağa imkan verdi və nüvə silahının yayılmaması rejimini gücləndirdi. 2019-cu ildə Rusiya Fars körfəzi zonasında yenilənmiş Təhlükəsizlik Konsepsiyasını təqdim edib. Bu konsepsiyada bölgədəki problemlərin dolaşıqlığını effektiv şəkildə həll etməyin konkret yolları göstərilib. Əminik ki, bir-birimizin mövqelərinə diqqət və məsuliyyətlə yanaşsaq,  hörmətlə və kollektiv şəkildə hərəkət etsək, problemlərin aradan qaldırmaq olar. Dünyanın hər yerində olduğu kimi, bu bölgədə də heç kim tərəfindən şantaj və diktə olunmasına yer olmamalıdır. Birtərəfli yanaşma həlli axtarmağa kömək etmir. Fars körfəzi zonasında bütöv bir təhlükəsizlik konstruksiyası qurarkən, əvvəlcədən xeyli səylər bahasına qura bildiyimiz müsbət "yükü" qorumaq vacibdir. Bunu nəzərə alaraq, ən yaxın vaxtlarda Almaniya və İran rəhbərlərinin iştirakı ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri-dövlət başçılarının onlayn formatda görüşünün keçirilməsini təklif edirik. Məqsəd, BMT Təhlükəsizlik Şurasında qarşıdurma və vəziyyətin gərginləşməsinə imkan verən addımların müəyyən edilməsidir. Birgə Hərtərəfli fəaliyyət Planının həyata keçirilməsi üçün beynəlxalq hüquqi baza yaratmış BMT TŞ-nin 2231 saylı qətnaməsinin davamlı şəkildə icrası üçün kollektiv dəstəyin göstərilməsi vacibdir. Fars körfəzi zonasında təhlükəsizliyin təmin olunması və inamın möhkəmləndirilməsi üçün etibarlı mexanizmlərin formalaşdırılmasını asanlaşdırmaq məqsədi ilə liderlərin görüşü zamanı birgə işin parametrlərini razılaşdırmağı da təklif edirik. Buna bütün ölkələrimizin və region ölkələrinin siyasi iradəsini və yaradıcı enerjisini birləşdirməklə nail olmaq mümkündür. Tərəfdaşlarımızı təklifimizi diqqətlə nəzərdən keçirməyə çağırırıq. Buna alternativ-gərginliyi artırmaq və münaqişənin yaranması riskini yüksəltməkdir. Hadisələrin bu cür inkişafından qaçmaq lazımdır. Rusiya vəziyyəti təhlükəli xəttdən uzaqlaşdırmaqda maraqlı olan hər kəslə konstruktiv qarşılıqlı fəaliyyətə açıqdır. Liderlər danışıqlara prinsipial hazır olacaqları təqdirdə, video sammitin gündəliyini, təşkilati şərtlərini və vaxtını yeddi dövlətin xarici işlər nazirlikləri vasitəsilə dərhal razılaşdırmağı təklif edirik".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Lukaşenko Avropanın baş diplomatı ilə görüşməkdən imtina etdi 22 Sentyabr 2020, 15:34 Azərbaycanda virusdan sağalanlar yoluxanları yenidən üstələdi - 2 nəfər öldü 22 Sentyabr 2020, 15:30 Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı 22 Sentyabr 2020, 15:24 Azərbaycanda həkimlərin sayı kəskin azalıb 22 Sentyabr 2020, 15:18 Bakcell və tərəfdaşları ilə “Xəzəri qoruyaq”  - FOTO 22 Sentyabr 2020, 15:12 AŞPA Tofiq Yaqublu ilə bağlı məlumat yaydı 22 Sentyabr 2020, 15:06 Səhər yeməyi üçün ən təhlükəli QİDALAR 22 Sentyabr 2020, 15:00 Nazirlik yaşı 65-i ötən müəllimlərlə bağlı iddiaya AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 14:54 Azərbaycan Gürcüstana 21 mindən çox dərslik göndərdi 22 Sentyabr 2020, 14:48 Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO 22 Sentyabr 2020, 14:42 Taksi sürücüləri üçün etik qaydalar dəyişdirildi 22 Sentyabr 2020, 14:36 “Yeniləşən Azərbaycana yeni məktəb”: Son beş ildə 600-dən çox məktəb... 22 Sentyabr 2020, 14:30 “AzerGold” istiqrazları: yerli alıcılarla yanaşı, xarici investorlar üçün də cəlbedicidir 22 Sentyabr 2020, 14:25 Bu il daha iki DOST Mərkəzi açılacaq 22 Sentyabr 2020, 14:19 Müharibə başlayarsa, Türkiyə jurnalistləri də Azərbaycana dəstək verəcək... 22 Sentyabr 2020, 14:13 Agentlik otellərə COVID-19-la bağlı tövsiyələr verdi 22 Sentyabr 2020, 14:07 Qadın sürücü “Prado” ilə ata və qızını vurdu 22 Sentyabr 2020, 14:01 Deputatdan məcburi köçkün məktəbləri ilə bağlı humanist təklif 22 Sentyabr 2020, 13:57 Ermənilər azərbaycanlı deputatı terrorla HƏDƏLƏDİLƏR 22 Sentyabr 2020, 13:52 Pərvin Kərimzadə: Paşinyan hakimiyyəti hərbi-siyasi təxribatlarından əl çəkmir 22 Sentyabr 2020, 13:48 Azərbaycanda zəlzələ oldu 22 Sentyabr 2020, 13:43 Ordumuzun zirehli texnikası təlimlərə çıxarıldı - VİDEO 22 Sentyabr 2020, 13:39 “Bu gedişlə 2 həftə sonra məktəblər bağlanacaq” - Ekspert NARAHATDIR 22 Sentyabr 2020, 13:34 Aqrar siyasət komitəsinin iş planı açıqlandı - FOTO 22 Sentyabr 2020, 13:28 Ombudsman “Qızıl Xaç”ın yeni rəhbərinə Dilqəm və Şahbaza görə müraciət etdi   22 Sentyabr 2020, 13:23 Azərbaycanda ehtiyatda olanlar təlimə çağırıldı - Ermənistanda PANİKA yarandı 22 Sentyabr 2020, 13:18 Yol polisi “Pikap” maşınlarını niyə saxlayır? - Nazirlik AYDINLIQ GƏTİRDİ 22 Sentyabr 2020, 13:15 Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ 22 Sentyabr 2020, 13:11 Bu kollecdə gözdən əlil abituriyentlər üçün qəbul yerləri ayrılıb 22 Sentyabr 2020, 13:06 Sabah Bakıda və rayonlarda yağış yağacaq - Hava proqnozu 22 Sentyabr 2020, 13:00 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi silahlı şəxslərə qarşı əməliyyat keçirib 22 Sentyabr 2020, 12:54 Adil Əliyev: “Ermənistan tərəfi öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir” 22 Sentyabr 2020, 12:48 Prezident və birinci xanım yeni təcili yardım maşınları ilə tanış olublar - YENİLƏNİB 22 Sentyabr 2020, 12:42 Xalq artistinin oğluna XİN-də yeni vəzifə verildi 22 Sentyabr 2020, 12:38 Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ 22 Sentyabr 2020, 12:33