Modern.az

 “Ciddi xəbər mənbəyi kimi qalmaq çətin olsa da...” - 11 yaşlı Modern.az-ın baş redaktoru

 “Ciddi xəbər mənbəyi kimi qalmaq çətin olsa da...” - 11 yaşlı Modern.az-ın baş redaktoru

1 Sentyabr 2020, 13:24

Bu gün Modern.az Xəbər Agentliyinin fəaliyyətə başlamasının 11 ili tamam olur.

2009-cu il sentyabrın 1-də yaradılan portal hazırda Azərbaycanın onlayn media məkanında özünəməxsus dəst-xəttə malikdir.

Saytın baş redaktoru Əfqan Qafarlı “Yenisabah.az”a açıqlamasında deyib ki, Modern.az Azərbaycanın onlayn media məkanında etibarlı informasiya yayıcısı kimi qalmağa çalışır. Onun sözlərinə görə, sayt oxucu etimadını itirməmək, auditoriyasını genişləndirmək istiqamətində fəaliyyət göstərir:

“İnternet mediada rəqabətin çoxaldığı bir vaxtda ciddi xəbər mənbəyi olaraq qalmaq çətin olsa da, buna çalışırıq. Bizi daha çox fəqləndirən isə layihə və rubrikalarımız, mövzu seçimindəki rəngarənglikdir ki, belə də davam edəcəyik”.

Ə.Qafarlı bu illər ərzində Modern.az-la əməkdaşlıq edən hər kəsə təşəkkür etməyi də unutmayıb.

O, Modern.az saytının jurnalistikaya ilk dəfə başlayanlara hər zaman imkan yaratdığını da xatırladıb.

Baş redaktor bildirib ki, kollektiv ad gününü redaksiyada adi qaydada qeyd edəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi