Arxiv
7 Sentyabr 2020, 12:44 | QARABAĞ
Ermənistanın Azərbaycan tarixinə qarşı soyqırımı – Azıx mağarası HƏDƏFDƏ

Ermənistan Azərbaycanın işğal altında saxladığı torplaqlarda vandallığı yalnız siyasi-iqtisadi talançılıqla məhdudlaşmır, tarixi abidələrin özünküləşdirilməsi ilə intensiv məşğul olur.

 

Modern.az xatırladır ki, bu mədəni aqressiyanın ən bariz nümunələrindən biri işğal alıtndakı Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında, Quruçay çayının sol sahilində yerləşən Azıx mağarasında aparılan tədqiqat adı altında özününküləşdirmə işləridir.


Mağara 1960-cı ildə arxeoloq Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar olunub. Burada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilib.

 

Neolit dövrünün öyrənilməsi baxımından çox böyük əhəmiyyətə malik mağara 2001-ci ildən Ermənistan arxeoloqlarının, Böyük Britaniya, İspaniya, İrlandiya və Hollandiyadan gələn alimlərin araşdırma meydanına çevrilib.

Ermənistan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyanın başçılığı altında “tədqiqat qrupu” İspaniyanın Təbiət Elmləri Milli Muzeyinin əməkdaşı Yolanda Fernandez-Jalvo, London Təbiətşünaslıq Muzeyinin elmi işçisi Piter Endryu və layihənin rəhbəri Tnaya Kinq Azıx mağarasında əldə edilən nadir tapıntıları Londona və Yerevana aparıblar. 

 

Azərbaycan qanunlarını pozduqları üçün onlar 2016-cı ildə Azərbaycan Baş Prokurorluğu tərəfindən qaldırılan cinayət işlərinə əsasən, beynəlxalq axtarışa veriliblər.


Azıx mağarasının dünya arxeologiyası üçün hansı önəmi daşıdığını təsəvvür etmək üçün təkcə bir faktı demək kifayət edir. Mağarada qazıntılar zamanı neandertal insanın alt çənə sümüyü və 2 dişi aşkar olunub. Belə tapıntılar dünyanın yalnız 4 nöqtəsində - Siri Əbdürrəhman (Mərakeş), Ştenheym (Almaniya), Spanokombe (İngiltərə) və Sediya-del Diabolone (İtaliya) tapılıb.

Azıx mağarası neandertal insanın ilkin görkəmini bərpa etmək baxımından önəm kəsb etməklə yanaşı, Azərbaycan ərazisinin ibtidai insanlar tərəfindən yüz min illər öncədən məskunlaşdığını sübut edir.

 

Mağarada nəhəng maral, kərkədan, tülkü, canavar, tısbağa və s. qalıqları tapılıb. Azıx mağarası bir neçə geniş zaldan və onlar arasında dar dəhlizdən ibarətdir. Ən böyük zalın 3 min kvadtar metr sahəyə malik olduğu məlumdur. Sonuncu nadir tapıntılar arasında yaşı 7 min ilə gedib çıxan insan dişini qeyd etmək olar.

Azıx mağarasının 6 mərhələdən ibarət mürəkkəb kompelks olması səbəbindən onun bütün zənginliklərini aşklar etmək onillərlə vaxt tələb edəcək.

Mağara düşmən tapdağı altında olduğu üçün oradan tapılan maddi mədəniyyət nümunələrinin vəziyyəti barədə ətraflı məulmat əldə etmək mümkün olmur. Ermənistan rəhəbərliyi Azıx mağarasının zənginliklərindən öz siyasi məqsədləri üçün istifadə etməyi planlaşdırır. 

 

Bunun bariz nümunəsi kimi ərazidə “tədqiqat” işləri aparan qrupun rəhbəri, professor Levon Yepiskoposyanın absurd açıqlamasını misal çəkmək olar. 7 min il əvvəl ərazidə yaşamış neandertal insanın dişinin tapılması ilə bağlı erməni professor qəribə açıqlama vermişdi.

“Dişin DNT testi Kopenhagen Universitetində aparılıb. Nəticədə müəyyən olunub ki, dişdə tapılan qədim erməni geni müasir ermənilərin DNT-si ilə eynilik təşkil edir. Bu ermənilərin hələ 7 min il əvvəl Qarabağda yaşadığını isbat edir”-deyə Yepiskoposyan heç bir elmi məntiqə sığmayan və doğruluğu şübhə altında olan iddia irəli sürmüşdü. Onun “tədqiqat” qrupuna rəhbərlik etməsi də rəsmi Yerevanın sırf siyasi məqsədli təyinatı olmasından xəbər verir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan Prezidentinin xalqa müraciəti yayımlanacaq 27 Sentyabr 2020, 11:24 Sabahın havası: duman, şimşək, yağış... 27 Sentyabr 2020, 11:18 Zədələnən döyüş helikopteri peşəkarlıqla öz ərazimizə endirilib - Nazirlik 27 Sentyabr 2020, 11:17 MÜDAFİƏ NAZİRLİYİ: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur 27 Sentyabr 2020, 11:11 Müdafiə Nazirliyindən təkzib - ordumuz düşmən üzərində tam üstünlüyə malikdir 27 Sentyabr 2020, 10:55 Ermənistan sosial medianı blokladı 27 Sentyabr 2020, 10:51 Türkiyədən qardaş dəstəyi: “Azərbaycan tək deyil” 27 Sentyabr 2020, 10:43 Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı 27 Sentyabr 2020, 10:35 Erməni təxribatının qarşısını almaq üçün internet məhdudlaşdırılıb - Nazirlikdən açıqlama 27 Sentyabr 2020, 10:20 Ermənilərin yaraladığı mülki şəxs xəstəxanaya yerləşdirildi 27 Sentyabr 2020, 10:13 27 sentyabr Dünya Turizm Günüdür 27 Sentyabr 2020, 10:09 Dünyanın ən nüfuzlu idmançısı seçildi 27 Sentyabr 2020, 09:59 Ermənistandan Qarabağa gedən yollardan biri BAĞLANDI 27 Sentyabr 2020, 09:56 Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə 27 Sentyabr 2020, 09:34 Ermənistanın 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edildi 27 Sentyabr 2020, 09:25 "Azərbaycan Ordusu bütün cəbhə boyu irəliləyir" - Cəlal Arutyunyan 27 Sentyabr 2020, 09:19 Ermənistanın yeni hiyləsi - ATƏT-ə müraciət etdi 27 Sentyabr 2020, 09:17 Ordumuz əks-hücuma KEÇDİ 27 Sentyabr 2020, 09:15 Paşinyandan ermənilərə müraciət etdi: “Azərbaycan Ordusu irəliləyir” 27 Sentyabr 2020, 09:07 Meksikada 43 tələbənin itkin düşməsinə görə polislər həbs edildi 27 Sentyabr 2020, 09:05 ABŞ-da atışma - ölən və xəsarət alanlar var 27 Sentyabr 2020, 08:59 Prezidentin köməkçisi cəbhədəki gərginliklə bağlı BƏYANAT YAYDI 27 Sentyabr 2020, 08:58 Ermənilərin yaraladığı mülki vətəndaşımızın FOTOSU 27 Sentyabr 2020, 08:45 Müdafiə Nazirliyi: “Ermənistanın atəş nöqtələri susdurulur” - Cəbhədən yeni MƏLUMAT 27 Sentyabr 2020, 08:37 Ağstafada evə basqın: yaşlı qadın boğularaq öldürüldü 27 Sentyabr 2020, 08:16 Ermənilər bütün cəbhəboyu hücuma keçdilər - Ölən və yaralılar var  27 Sentyabr 2020, 07:45 Ermənistanda həbslər başladı 27 Sentyabr 2020, 00:43 Alimlər koronavirusun əsas "hiyləsini" açıqladılar 27 Sentyabr 2020, 00:24 Partlayışda 7 nəfər həyatını itirdi 27 Sentyabr 2020, 00:02 Bakıda iki avtomobil toqquşdu: xəsarət alan var 26 Sentyabr 2020, 23:46 Azərbaycanın bu sahə üzrə ilk qadın professoru vəfat etdi 26 Sentyabr 2020, 23:29 Deputatın oğlu təyyarə qəzasında öldü 26 Sentyabr 2020, 23:14 Türkiyədə son sutkada 71 nəfər koronavirusdan öldü 26 Sentyabr 2020, 22:57 Yüzlərlə insan karantin rejiminin tətbiqinə etiraza başlayıb 26 Sentyabr 2020, 22:44 Dağıstanda azərbaycanlı atasını boğdu 26 Sentyabr 2020, 22:27