Modern.az

Prezident öz həyətində üzüm yığdı - FOTO

Prezident öz həyətində üzüm yığdı - FOTO

Dünya

14 Sentyabr 2020, 23:15

Gürcüstan Prezidenti Salome Zurabişvili özünün “Facebook” səhifəsində həyətində üzüm məhsulu yığarkən (rtveli – üzüm məhsulunun yığımı ilə bağlı qədim bayram) çəkilmiş fotolarını yerləşdirib.

Modern.az  xəbər verir ki, əlində üzümlə dolu mavi qab tutan prezident prosesdən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, rtveli prosesi əsas üzümçülük bölgəsi olan Kaxetidə bu il avqustun 22-dən başlayıb. Fermerlər əsasən erkən üzüm sortlarını yığırlar. Adətən bu bayrama siyasətçilər, diplomatlar, ictimai xadimlər, mədəniyyət nümayəndələri də qoşulurlar.

Rtveli bayramı kütləvi tədbirlərin fonunda aparılsa da, bu il pandemiya səbəbindən konsertlər ləğv edilib. (Qafqazinfo)

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır