Modern.az

İsrail, BƏƏ və Bəhreyn müqavilə bağladılar   

İsrail, BƏƏ və Bəhreyn müqavilə bağladılar   

16 Sentyabr 2020, 11:22

İsrail, BƏƏ və Bəhreyn münasibətlərin normallaşdırılmasına və diplomatik münasibətlərin qurulmasına dair müqavilə bağlayıblar.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, tarixi sazişin bağlanması mərasimi ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda - Ağ Evdə baş tutub.

Mərasimdə ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya, həmçinin onlarla qonaq iştirak edib. Müqaviləyə İsrailin baş naziri Binyamin Netanyahu, BƏƏ-nin Xarici İşlər naziri Əhməd bin Zayed əl-Nəhyan və Bəhreynin Xarici işlər naziri Əbdel Lətif əz-Zəyani imza atıblar.

Razılaşmaya, əsasən, Təl-Əviv İordan çayının Fələstinə aid qərb sahillərinin işğalı planından imtina edəcək. Buna baxmayaraq, Fələstin Əbu-Dabi və Manamanın bu addımını ümumi ərəb maraqlarına xəyanət kimi qəbul edib.         

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır