Arxiv
16 Sentyabr 2020, 13:20 | İQTİSADİYYAT
Dövlət sahibkarlara 30 milyon manat yardım etdi

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər və iqtisadi fəallığın azaldılması özəl sektora ciddi təsir göstərib.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsinin Media şöbəsinin rəisi Şahin Məmmədov Modern.az-a bildirib ki, Azərbaycan hökuməti neqativ təsirlərin minimallaşdırılması və sahibkarların bu çətin durumda daha geniş dəstəklənməsi məqsədilə mühüm addımlar atıb:

 

“Bu, ilk növbədə, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, kredit resurslarına daha asan çıxışının təmin edilməsi və vergi yükünün azaldılması, pandemiyayadək alınan kreditlər üzrə faizlərin əhəmiyyətli hissəsinin subsidiyalaşdırılması kimi mühüm istiqamətləri əhatə edir”.

 

Maliyyə dəstəyi mexanizmindən 132 mindən yuxarı sahibkar faydalanıb

 

Onun sözlərinə görə, koronavirus pandemiyasının sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı və Nazirlər Kabinetinin 4 aprel 2020-ci tarixdə təsdiq etdiyi Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyi proqramı dövlət büdcəsi tərəfindən ayrılmış vəsaitlər çərçivəsində həyata keçirilir:

 

“Belə ki, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən 215 milyon manat, fərdi və mikro sahibkarlara göstərilən maliyyə dəstəyi çərçivəsi isə 80 milyon manat, ümumilikdə 295 milyon manat vəsait ayrılıb.

 

Maliyyə dəstəyi 2 proqram üzrə həyata keçirilib. Muzdlu işçilərə dəstək proqramı vergi ödəyicilərinin 1 aprel və 1 iyul 2020-ci il tarixinə olan aktiv əmək müqavilələrinə əsasən işçilərin iki aylıq əmək haqlarının ödənilməsini nəzərdə tutur. Fərdi sahibkarlara maliyyə dəstəyi isə onlar tərəfindən 2019-cu il ərzində dövlət büdcəsinə ödədikləri verginin məbləğindən asılı olaraq həyata keçirilir. Hər iki dəstək proqramı 2 mərhələləridir.

 

Aprel ayından başlayan maliyyə dəstəyi proqramından indiyədək 1-ci mərhələ çərçivəsində 25 min vergi ödəyicisi 216 min muzdlu işçisi üçün 98,5 milyon manat, 107.223 fərdi sahibkar isə 63,7 mln. manat maliyyə dəstəyi əldə edib. Avqust-sentyabr aylarında isə 2-ci mərhələ üzrə maliyyə dəstəyi çərçivəsində 22.885 vergi ödəyicisi 234.355 muzdlu işçisi üçün 101,9 mln. manat həcmində vəsait alıb, 49.887 fərdi sahibkar isə dövlətdən daha 12,47 mln. manat həcmində dəstək əldə edib. Beləliklə, bu günədək dövlət tərəfindən ayrılmış vəsaitlərin muzdlu işçilərə dəstək üzrə proqramı üzrə 93,7 faizi, fərdi sahibkarlar üzrə 95.2 faizi sahibkarlara ödənilib”.

 

Fərdi sahibkar maliyyə dəstəyini necə alır?

 

Ş.Məmmədov qeyd edib ki, son günlər bəzi informasiya vasitələrində ayrı-ayrı sahibkarlıq subyektləri tərəfindən maliyyə dəstəyinin əldə edilməsi ilə bağlı narazılıqlar ifadə edilib:

 

“Belə şikayətlərdən biri də fərdi sahibkar Elxan Qədirovla bağlıdır. Elxan Qədirov yerli mətbuata verdiyi açıqlamada bildirib ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində dövlətdən ancaq cari ilin aprel ayında 355 manat məbləğində birdəfəlik maliyyə dəstəyi alıb və ötən dövr ərzində heç bir əlavə yardım almayıb.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məsələ ilə bağlı sahibkarın müraciətini araşdırıb.

 

Məlum olub ki, Qədirov Elxan Malik oğluna (VÖEN: 1502348632) cari ilin aprel ayında “Fərdi sahibkarlara dəstək proqramı” üzrə 364 manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib. Vergi ödəyicisinin əmək müqaviləsi ilə çalışan işçisi qeydə alınmadığı üçün ona “Əmək ödənişləri ilə bağlı dəstək proqramı” üzrə dəstəyin göstərilməsi mümkün olmayıb. Fərdi sahibkarın aprel ayı istisna olmaqla, ötən müddət ərzində dövlət maliyyə yardımı əldə etməməyinin səbəbi onun vergi orqanlarına təqdim etdiyi hesabatlarda əmək müqaviləsi ilə çalışan işçisinin qeyd olunmamasıdır.

 

İşçisi olmadığı və işlədiyi obyektdə özü çalışdığı üçün Elxan Qədirov yalnız fərdi sahibkarlar üçün nəzərdə tutulan maliyyə dəstəyi üzrə müraciət etmək hüququndan istifadə edib. Dövlət maliyyə yardımı çərçivəsində fərdi sahibkarın ala biləcəyi vəsaitin məbləği onun 2019-cu il ərzində büdcəyə ödədiyi verginin məbləğinə uyğun olaraq müəyyən edilir. Bu səbəbdən də fərdi sahibkar Elxan Qədirova 2019-cu il ərzində onun büdcəyə olan vergi ödənişlərinin həcmi qədər maliyyə yardımı göstərilib.

 

Avqust ayında dövlət tərəfindən maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində fərdi sahibkarlara təkrarən vəsait ödənilib. İkinci dəfə maliyyə dəstəyi almaq hüququndan bütövlükdə 50 minədək fərdi sahibkar faydalanıb. Bir daha nəzərə çatdırılır ki, sahibkarlara ödənilən maliyyə vəsaitlərin həcmi və ödənilmə meyarları Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara əsasən həyata keçirilir”.

 

İqtisadçı alim, millət vəkili Vüqar Bayramov məsələ ilə bağlı bildirib ki, dövlətin maliyyə dəstəyi mexanizmi kifayət qədər asan və anlaşılandır:

 

“Maliyyə dəstəyinin göstərilməsi üzrə şəffaf və hər bir şəxs tərəfindən aydın başa düşüləcək meyarlar mövcuddur. Bundan başqa, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan və dövlət maliyyə yardımını almış vergi ödəyicilərinin tam siyahısı, hər birinin adı və VÖEN-i İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytında mütəmadi yenilənməklə açıq şəkildə (www.taxes.gov.az) yerləşdirilir və maraqlanan hər bir şəxs maliyyə dəstəyi almış şəxslər barədə açıq mənbələrdə geniş məlumat əldə edə bilər”.

 

Vergi tətilləri və güzəştlər paketi...

 

İqtisadçı ekspert qeyd edib ki, dövlətin sahibkarlara göstərdiyi dəstək bununla bitmir:

 

“Pandemiyanın təsirlərinin minimallaşdırılması üçün geniş vergi güzəştləri paketi təqdim olunub. Bu dəstək paketinə ümumi dəyəri 130 milyon manat olan vergi və sosial güzəşt paketinə pandemiyanın bilavasitə təsir etdiyi fəaliyyət sahələri üzrə vergi ödəyicilərinə 2021-ci il yanvarın 1-dək olan dövr üzrə bir sıra vergi güzəştləri və vergi tətillərinin verilməsi, əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma, əldə edilən mənfəətin, gəlirin 75 faiz miqdarında vergi güzəşti, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin 50 faiz endirilməsi, ictimai iaşə və ölkədaxili sərnişindaşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi məbləğinə 50 faiz güzəştin verilməsi kimi əhəmiyyətli tədbirlər də daxildir. Bundan başqa, mikrosahibkarlıq subyektlərinə 2021-ci il yanvarın 1-dək sadələşdirilmiş vergi üzrə 50 faiz vergi güzəştinin verilməsi, həmçinin vergilərin, cari vergi ödəmələrin hesablanması və ödənilməsi üzrə vergi tətilləri verilib”.

 

Sahibkarlar üçün ucuz kreditlərə çıxış imkanları yaradılıb

 

V.Bayramovun sözlərinə görə, sahibkarlığa mühüm dəstək mexanizmlərindən biri də məhdudlaşdırma tədbirləri nəticəsində biznes itkilərinə məruz qalmış sahibkarlara əlavə dəstək məqsədilə dövlət tərəfindən güzəştli kreditlər paketidir:

 

“Sahibkarlara bizneslərini inkişaf etdirmək, ucuz kredit resurslarına çıxış imkanı yaratmaq məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi mexanizmi təsdiq olunub.

 

Bundan başqa, sahibkarlara veriləcək yeni kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin yarısının subsidiyalaşdırılması, eləcə də 10 mart 2020-ci tarixinə mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin 10 faizinin dövlət tərəfindən maliyyələşdirilməsi üçün üzrə yeni mexanizmlər işə salınıb. Bu dəstək 1,5 milyard manat kredit portfelini əhatə edir. Sahibkarlar üçün yaradılmış bu imkanlar ucuz maliyyə vəsaitlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bank kreditlərinin iqtisadi artımı dəstəkləməsini təmin edir.

 

İqtisadiyyat Nazirliyi tərəfindən bütün dəstək proqramları çərçivəsində tətbiq edilən mexanizmlər şəffaflıq, dürüstlük və effektivlik meyarlarına söykənir. İstər maliyyə dəstəyi mexanizmləri, istər dövlət tərəfindən təqdim edilmiş digər dəstək alətləri çərçivəsində hər hansı çətinliklə rastlaşan istənilən sahibkar İqtisadiyyat Nazirliyinə müraciət edərək məsələsini aydınlaşdıra bilər. Millət vəkili əminliyini ifadə edib ki, nazirlik öz növbəsində, sahibkarı dinləməyə və qarşıya çıxan məsələlərdə dəstək göstərməyə hazırdır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00