Modern.az

"Qarabağ" "Neftçi"yə məğlub oldu

Aktual

20 Sentyabr 2020, 22:13

Bu gün Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

Modern.az xəbər verir ki, bu dəfə “Qarabağ”la “Neftçi” üz-üzə gəlib.  

Oyunun 10-cu dəqiqəsində Kvabena Ovusu ("Qarabağ") fərqlənməyi bacarıb.  Cəmi 2 dəqiqə sonra "Neftçi"nin heyətində Voyislav Stankoviç hesabı bərabərləşdirib - 1:1.

Oyunun 68-сi dəqiqəsində Namiq Ələsgərov "Neftçi"yə qələbə qazandıran qolu vurub: 1:2.


Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

 

20:23

 

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində "Qarabağ" - "Neftçi" oyunu başlayıb.

Modern.az xəbər verir ki, saat 20:15-də başlayan qarşılaşma "Azərsun Arena"da keçirilir.

Qeyd edək ki, tura bu görüşlə yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?