Arxiv
21 Sentyabr 2020, 14:30 | HADİSƏ
Əsgərimiz yaralandı - Prokurorluq cinayət işi açdı

Ermənistan yeni təxribat planları hazırlayaraq əsl niyyətinin  münaqişənin sülh vasitəsilə həlli deyil, Azərbaycan torpaqlarının  qanunsuz işğalının  davam etdirilməsi  olduğunu nümayiş etdirməkdədir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Ermənistan tərəfinin cəbhədə törətdiyi təxribatlar və cinayətlər işğalçı ölkənin nəinki danışıqlar aparmağa, əksinə kəsin eskalasiya yaratmaq niyyətindən  xəbər verir:

 

“İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına  qarşı açıq hörmətsizlik xarakteri daşıyır.

 

Təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq 20 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılıb, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.

 

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd )  maddəsi ilə cinayət işi başlanıb”.

 

Həmçinin qeyd edilib ki, öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, Ermənistan silahlı qüvvələrinin bölmələri 21 sentyabr 2020-ci il tarixdə saat 9 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutub:

 

“Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.

 

Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12  (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA Baş katibi erməni vandalizmini pislədi 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05 Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib 29 Oktyabr 2020, 18:00 Beynəlxalq Qızıl Xaç Komitəsi meyitlərin Ermənistana təhvil verilməsi ilə bağlı məlumat YAYDI 29 Oktyabr 2020, 17:54 Düşmən yenidən Goranboy, Tərtər və Bərdəni artilleriya atəşinə tutur - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 17:48 Goranboya düşmən hücumu nəticəsində ölən şəxsin kimliyi bilindi - RƏSMİ 29 Oktyabr 2020, 17:43 Putin yenə Qarabağ münaqişəsindən DANIŞDI: “5+2 rayon qaytarılmalı, sonra...” 29 Oktyabr 2020, 17:38 Məşhur Məmmədov: “Nüfuzlu beynəlxalq təşkilatlar Bərdədə baş verənlərə susur” 29 Oktyabr 2020, 17:34 Dolların bu aya olan son MƏZƏNNƏSİ 29 Oktyabr 2020, 17:30 Ceyhun Bayramov: “Ermənistan münaqişənin danışıqlar yolu ilə həllində maraqlı deyil” 29 Oktyabr 2020, 17:25 Polis karantin qaydalarına nəzarəti gücləndirdi - FOTO/VİDE 29 Oktyabr 2020, 17:20 Nazirlik rəsmisindən gənclərin ordumuza dəstəyi ilə bağlı AÇIQLAMA 29 Oktyabr 2020, 17:15 Ermənistan daha bir mülki azərbaycanlını ÖLDÜRDÜ 29 Oktyabr 2020, 17:10 Putin ABŞ-dakı prezident seçkilərini şərh etdi 29 Oktyabr 2020, 17:05 Ordumuzun Rusiya sərhəd zastavasını atəşə tutması xəbəri yalandır - RƏSMİ 29 Oktyabr 2020, 17:00 Ermənistanın məqsədi çoxlu mülki azərbaycanlını məhv etməkdir - Elçin Əmirbəyov 29 Oktyabr 2020, 16:56