Arxiv
22 Sentyabr 2020, 14:42 | AKTUAL
Rüstəm Usubov Baş Prokurorun qəbuluna gəldi - FOTO

Sentyabrın 22-də prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən veteran prokurorluq işçiləri ilə görüş keçirilib.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

 

İştirakçıları salamlayan Baş prokuror Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra fəaliyyətində yeni bir dövrün başlandığı prokurorluq orqanları tərəfindən müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlərin, o cümlədən görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktlarının, dövlət əmlakının mənimsənilməsi və bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələrinin istintaq edildiyini bildirmişdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən daim prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqətin göstərildiyini vurğulayan Baş prokuror mühüm dövlət təsisatlarından biri kimi prokurorluq orqanlarının maddi-sosial bazası üçün yaradılmış təminatlar barədə söz açmışdır.
Tədbir zamanı Azərbaycan Prokurorluğunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində görülən işlər, cəmiyyətimizin və dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.

 

Eyni zamanda, prokurorluq orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsində veteran prokurorluq işçilərinin səmərəli təcrübəsinə daim ehtiyacın olması qeyd olunub.

 

Daha sonra görüş zamanı Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi Natiq Hüseynov prokurorluq orqanlarında şərəfli yol keçmiş veteranlara son zamanlar prokurorluq orqanlarında həyata keçirilmiş kadr islahatları barədə məlumat verib.

 

Tədbir zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 may 2020-ci tarixli Sərəncamı ilə “Əməkdar hüquqşünas” fəxri adı ilə təltif olunmuş Baş prokurorun sabiq müavinləri Rüstəm Usubov və Namiq Əsgərova dövlət mükafatları, prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əmək veteranı” adı ilə təltif olunmuş bir qrup prokurorluq işçilərinə isə vəsiqələr təqdim edilib.

 

Görüş zamanı prokurorluq orqanlarının keçdiyi inkişaf yolundan danışılmış, ötən günlər xatırlanmışdır. Prokurorluq orqanlarında uzun illər xidmət keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu vurğulayan veteran işçilər prokurorluq peşəsinin çox şərəfli və məsuliyyətli bir peşə olduğundan, ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət və qayğısından söz açıblar. 

 

Bundan başqa, veteran prokurorluq işçiləri insan hüquq və azadlıqlarının təmini, beynəlxalq hüquqi əməkdaşlıq sahəsində fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində təkliflər vermişlər. Təşkil olunan görüşə görə təşəkkürlərini bildirən veteranlar belə tədbirlərin keçirilməsinin vacibliyini diqqətə çatdıraraq gənc əməkdaşların prokurorluq veteranlarının təcrübəsindən daim yararlanaraq peşəkarlıqlarını artıracağını diqqətə çatdırmışlar. 
Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində, hüquqi biliklərin təbliğində, ötən illərdən bağlı qalmış cinayətlərin açılmasında, habelə cinayətkarlığın profilaktikası və təhlükəsizliyin təminində veteranların təcrübəsindən, ictimai nüfuzundan, bilik və bacarıqlarından  bundan sonra da yararlanılacağını vurğulayıb.

 

Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə fotoşəkli çəkdirilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan ordusu döyüşməkdən imtina edir - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 09:00 Düşmənin bu gecə məhv edilən texnikasının SİYAHISI  28 Oktyabr 2020, 08:55 Xocalı soyqırımının uşaqları Putin, Tramp və Makrona məktub YAZDILAR 28 Oktyabr 2020, 08:49 Düşmən beş rayonumuzda itki verib geri çəkildi - RƏSMİ 28 Oktyabr 2020, 08:42 Əlcəzair Prezidenti hospitalizə edilib 28 Oktyabr 2020, 08:00 Tərtər artilleriya atəşinə tutulub - Müdafiə Nazirliyi 28 Oktyabr 2020, 07:53 “Uşağı görəndə...” - Bərdədə həlak olan Aysunun atası - VİDEO 28 Oktyabr 2020, 01:03 Azərbaycan və Ermənistan səfirləri Berlində debata çıxdılar 28 Oktyabr 2020, 01:00 Hakerlər PSJ-nin transfer pulunu oğurladı 28 Oktyabr 2020, 00:51 Kreml açarını itirib 28 Oktyabr 2020, 00:41 “Düşmənin heç bir istiqamətdə əks-hücum cəhdinin perspektivi yoxdur” - Hərbçi ŞƏRHİ 28 Oktyabr 2020, 00:33 Ermənistanın imtina etdiyi yaşlı qadın: “Məni evin zirzəmisində qoyub qaçdılar” - VİDEO 28 Oktyabr 2020, 00:30 Cəbhə gündəliyi: 27 oktyabrda nələr oldu... 28 Oktyabr 2020, 00:17 Tramp Qarabağda atəşkəsin pozulmasından məyus olub 28 Oktyabr 2020, 00:12 Akar Özbəkistan prezidenti ilə hərbi əməkdaşlığı müzakirə etdi 28 Oktyabr 2020, 00:05 Mehriban Əliyevadan Bərdə PAYLAŞIMI 27 Oktyabr 2020, 23:54 Messi Bartomeuya qalib gəldi - “Barselona”nın prezidenti istefa verdi 27 Oktyabr 2020, 23:48 Ceyhun Bayramovdan Türkiyəyə təşəkkür - FOTO 27 Oktyabr 2020, 23:31 Ərdoğan Putinlə Qarabağı müzakirə etdi 27 Oktyabr 2020, 23:20 Paşinyan erməni hərbçiləri hədələdi 27 Oktyabr 2020, 23:10 Astarada yaşayış binasında yanğın - sakinlər təxliyə edildi 27 Oktyabr 2020, 23:01 Əlcəzair prezidenti hərbi hospitala yerləşdirildi 27 Oktyabr 2020, 22:58 Dünya çempionu karantinə alındı 27 Oktyabr 2020, 22:47 Ceyhun Məmmədov “Arabi21” saytının suallarını cavablandırıb 27 Oktyabr 2020, 22:42 Bərdənin 3 kəndində raket qalıqları tapıldı 27 Oktyabr 2020, 22:36 Təhsil naziri həlak olan 7 yaşlı Aysudan yazdı 27 Oktyabr 2020, 22:28 Erməni generalının kül olmuş avtomobili - FOTO 27 Oktyabr 2020, 22:15 Ermənilər Bərdəyə qadağan olunmuş “Smerç” raketi atıb - ANAMA 27 Oktyabr 2020, 22:07 Bərdədə həlak olan 8 yaşlı Aysunun azyaşlı bacısı da yaralanıb - FOTO 27 Oktyabr 2020, 21:50 Ermənistanda fərarilik artır - parlament cəzaları sərtləşdirdi 27 Oktyabr 2020, 21:42 Türkiyədən Bərdə bəyanatı 27 Oktyabr 2020, 21:31 Teledərslərin sabaha olan CƏDVƏLİ 27 Oktyabr 2020, 21:24 “Ermənistan hökuməti PKK terrorçularını Şuşaya yerləşdirib” 27 Oktyabr 2020, 21:10 Ermənistan Sərhəd Qoşunlarının qərargah rəisi işdən çıxarıldı 27 Oktyabr 2020, 20:59 Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi 27 Oktyabr 2020, 20:47