Modern.az

Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı

Obama sosial şəbəkədə telefonunun nömrəsini paylaşdı

Aktual

23 Sentyabr 2020, 22:21

ABŞ-ın keçmiş prezidenti Barak Obama “Twitter”dəki hesabında telefon nömrəsini qeyd edərək, amerikalıları ona prezident seçkiləri ilə bağlı planlarına dair SMS mesajlar göndərməyi xahiş edib.

Modern.az  xəbər verir ki, siyasətçi amerikalılardan işlərinin necə olduğunu, nə haqqında düşündüklərini və bu il kimə səs verməyi planlaşdırdıqları barədə danışmağı xahiş edib.

"Yeni nəyi isə yoxlayaq. Əgər siz Birləşmiş Ştatlardasınızsa, mənim 773-365-9687 nömrəli telefonuma mesajını göndərin”, - sabiq prezidentin paylaşımında deyilir.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü