Modern.az

Ərdoğan NATO ilə  müzakirələr aparır

Ərdoğan NATO ilə  müzakirələr aparır

23 Sentyabr 2020, 22:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə NATO-nun Baş katibi Yens Stoltenberqin arasında telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.

Bildirilir ki, söhbət zamanı Şərqi Aralıq dənizindəki vəziyyət və Türkiyə-NATO münasibətləri dəyərləndirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Şərqi Aralıq dənizində gərginliyi aradan qaldırılması və dialoq tərəfdarı olduğunu sadəcə sözdə deyil real addımlarla açıq şəkildə konkret olaraq ortaya qoyub. Yunanıstan tərəfinin gərginliyi yüksəltmək və təhrikçi fəaliyyətinə qarşı Türkiyənin nəzərəçarpacaq dərəcədə soyuqqanlı şəkildə qarşılıq verdiyini vurğulayan dövlət başçısı ilkin görüşlərin başlaması Yunanıstanın münasibətləri yumşaltmaq üçün atacağı səmimi addımlardan asılı olacaqdır.

NATO-nun Baş katibi Yens Stoltenberqinin Şərqi Aralıq dənizindəki vəziyyəti nizamlamaq üçün göstərdiyi səyləri təqdirəlayiq dəyərləndirən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, NATO-nun araşdırma niyyətini ilk andan dəstəkləyən Türkiyə gerçək nəticənin əldə olunmasını səmimiyyətlə arzu edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu