Bakının mərkəzində ilan peyda olub.

 

Modern.az Trend-ə istinadən məlumat verir ki, hadisə Nəsimi rayonunda "Qış parkı" ərazisində qeydə alınıb. Ərazidə yerləşən parklanma yerində aşkar olunan ilan insanlar tərəfindən zərərsizləşdirilib.

 

Vətəndaşın sözlərinə görə, o avtomobilini parkın altında yerləşən dayanacaqda saxlayıb. Bir müddət sonra qayıtdıqda təkərin altında ilan görüb.