Arxiv
24 Sentyabr 2020, 14:38 | AKTUAL
Gömrük Komitəsində yeni layihənin təqdimatı keçirildi - FOTOLAR

Sentyabrın 24-də Dövlət Gömrük Komitəsində “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin təqdimatı keçirilib.

Modern.az xəbər  verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarının rəhbərləri və media nümayəndələri iştirak edib.
Komitə Katibliyinin rəisi Anar Süleymanov layihə barədə məlumat verib və bildirib ki,  Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı, biznes mühitinin yaxşılaşdırılması və təkmilləşdirilməsi, tranzit və logistika imkanlarının genişləndirilməsi, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə atdığı addımlar çərçivəsində gömrük sistemində də islahatlar aparılır.

Qeyd olunub ki, gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, sərhədkeçmə proseslərinin sürətləndirilməsi, infrastrukturun yenidən qurulması, kadr və struktur islahatları ilə yanaşı, Ümumdünya Gömrük Təşkilatının gündəliyindəki qlobal çağırışların Azərbaycanda reallaşdırılması zərurəti təqdim edilən layihənin tətbiqini aktuallaşdırıb.

Anar Süleymanov “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsinin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasında, xidmət səviyyəsinin yüksəldilməsində də mühüm rol oynayacağını vurğulayıb.

Sonra layihənin ictimaiyyətə tanıdılması məqsədilə hazırlanan videoçarx nümayiş etdirilib.

DGK Rəqəmsal Gömrük İnzibatçılığı İdarəsinin rəisi Rauf Quliyev çıxış edərək “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” layihəsi barədə məlumat verib.

Bildirilib ki, Azərbaycan gömrük xidməti mütəxəssislərinin hazırladığı layihə mobil və veb formatda fəaliyyət göstərəcək. Bu yenilikdən faydalanmaq üçün şəxslərin mobil telefon və ya kompüterə yüklədiyi “Smart customs” tətbiqi vasitəsilə asan loginlə qeydiyyatdan keçərək şəxsi kabinet yaratması kifayətdir.

Sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limiti keçdiyi zaman müvafiq gömrük ödənişləri əvvəlcədən elektron qaydada həyata keçirilərsə, bu halda gömrük orqanına gəlməyə ehtiyac yoxdur. Belə ki, sifariş edilən bağlama maneəsiz olaraq birbaşa qeyd olunan ünvana çatdırılacaq.

Bütün prosesləri internetə çıxışı olan istənilən məkanda kompüter və ya mobil telefon üzərindən həyata keçirmək mümkündür.

Diqqətə çatdırılıb ki, əvvəllər xaricdən edilən sifarişin məbləği və miqdarı qanunvericilikdə nəzərdə tutulan limitdən çox olduğu halda şəxslər gömrük orqanına getməli, yazılı formada bəyannamə təqdim edərək bir neçə proseduru həyata keçirməli idi.

Sonda jurnalistlərin sualları cavablandırılıb.
Onu da qeyd edək ki, yeni layihə elektron ticarətin daha şəffaf və sürətli şəkildə həyata keçirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın təmin olunmasına, gömrük statistikasının düzgün qurulmasına, mövcud resurslardan səmərəli şəkildə istifadə edilməsinə şərait yaradacaq.

Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə xaricdən mal gətirən fiziki şəxslər artıq gömrük orqanına gəlməyəcək, gömrük əməkdaşı ilə təmasda olmadan bütün gömrük əməliyyatlarını həyata keçirə biləcək.

Dövlət Gömrük Komitəsi gələcəkdə “Smart customs” tətbiqi vasitəsilə xarici ticarət iştirakçıları üçün yeni xidmətlərin istifadəyə verilməsini də planlaşdırır.
Beləliklə, qanunun qüvvəyə mindiyi gündən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən bağlamalar “Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət” tətbiqi vasitəsilə gömrük orqanına bəyan olunmalıdır.
 Onu da qeyd edək ki, qərarın qüvvəyə mindiyi gündən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən bağlamalar “Sadələşdirilmiş Bəyannamə-Elektron Ticarət” tətbiqi vasitəsilə gömrük orqanına bəyan olunmalıdır.
 

Gömrük Komitəsində yeni layihənin təqdimatı keçirildi- FOTOLAR Gömrük Komitəsində yeni layihənin təqdimatı keçirildi- FOTOLAR Gömrük Komitəsində yeni layihənin təqdimatı keçirildi- FOTOLAR Gömrük Komitəsində yeni layihənin təqdimatı keçirildi- FOTOLAR Gömrük Komitəsində yeni layihənin təqdimatı keçirildi- FOTOLAR Gömrük Komitəsində yeni layihənin təqdimatı keçirildi- FOTOLAR Gömrük Komitəsində yeni layihənin təqdimatı keçirildi- FOTOLAR  
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Amnesty International”dən Bərdə ETİRAFI 29 Oktyabr 2020, 21:31 “Qarabağ” - “Vilyareal” matçında start heyətləri açıqlandı 29 Oktyabr 2020, 21:23 Azərbaycan və Türkiyə XİN rəhbərləri son prosesləri müzakirə etdilər 29 Oktyabr 2020, 21:17 GUAM Azərbaycan şəhərlərinin raket atəşinə tutulmasını pislədi 29 Oktyabr 2020, 21:02 Dinc əhalimizi atəşə tutan düşmən bölmələri darmadağın edilir - VİDEO 29 Oktyabr 2020, 20:46 Konstitusiya Məhkəməsindən Bərdə bəyanatı 29 Oktyabr 2020, 20:41 Atatürkün balıqçı meyxanəsindəki şəkilləri 29 Oktyabr 2020, 20:34 Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağı proyeksiya olundu - FOTO 29 Oktyabr 2020, 20:23 Goranboy sakininin həlak olduğu evdən FOTOLAR 29 Oktyabr 2020, 20:17 Ermənistan bir gündə 98 hərbçisinin ölümünü etiraf etdi 29 Oktyabr 2020, 20:09 Yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - Müdafiə Nazirliyi 29 Oktyabr 2020, 20:01 Özbəkistanın qadın şairləri İlham Əliyevə məktub yazdılar 29 Oktyabr 2020, 20:00 TƏBİB-dən bədbin proqnoz: “Yoluxma sayı yüksəlməyə doğru gedəcək” 29 Oktyabr 2020, 19:55 Sülhsevər Azərbaycan... 29 Oktyabr 2020, 19:50 Nəqliyyatda karantin qaydalarını gözləməyənlər məsuliyyətə cəlb olunacaq - DİN 29 Oktyabr 2020, 19:44 Paytaxtın bu küçələrində sıxlıq var - BNA 29 Oktyabr 2020, 19:40 Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov 29 Oktyabr 2020, 19:36 Ceyhun Bayramovdan Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə CAVAB 29 Oktyabr 2020, 19:35 Prezidentdən Ermənistana ciddi XƏBƏRDARLIQ 29 Oktyabr 2020, 19:31 Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib - FOTO 29 Oktyabr 2020, 19:26 Qarabağ paylaşımını silən şirkətlər - azərbaycanlılar onları boykot edir - VİDEO 29 Oktyabr 2020, 19:21 Azərbaycanın Kubada səfirliyi fəaliyyətə başlayır 29 Oktyabr 2020, 19:14 Şeyx Bərdədəki hərbi cinayətlə bağlı bəyanat YAYDI 29 Oktyabr 2020, 19:10 Kənd yerləri üzrə inkişaf planları hazırlanacaq - FƏRMAN 29 Oktyabr 2020, 19:05 Daxili İşlər Nazirliyi xalqa müraciət etdi 29 Oktyabr 2020, 19:00 AZƏRTAC-ın bəzi əməkdaşlarına xidməti pasport veriləcək - SƏRƏNCAM 29 Oktyabr 2020, 18:53 Ermənistan 84 yaşlı vətəndaşını təhvil almaqdan imtina etdi - Dövlət Komissiyası 29 Oktyabr 2020, 18:46 Xocavəndin Vəng kəndi rəsmən Çinarlı oldu 29 Oktyabr 2020, 18:40 TÜRKPA-nın Baş katibi Bərdə və Tərtərə hücumları qınadı 29 Oktyabr 2020, 18:35 Danışıqlar prosesində Türkiyənin iştirakı mümkündür - Putindən AÇIQLAMA 29 Oktyabr 2020, 18:28 İşğaldan azad olunmuş ərazilərdə giriş-çıxış belə olacaq 29 Oktyabr 2020, 18:24 Babək qəsəbəsinə şəhər statusu verildi 29 Oktyabr 2020, 18:20 Prezident təqaüdü alacaq tələbələrin SİYAHISI 29 Oktyabr 2020, 18:13 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 29 Oktyabr 2020, 18:09 Müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları YARADILDI 29 Oktyabr 2020, 18:05