Modern.az

Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI

Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI

Aktual

24 Sentyabr 2020, 19:14

Sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Nərimanov rayon prokurorluğundan Modern.az-a bildirilib ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

 

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır