Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, rəsmi Yerevanın xarici siyasətdəki prioritetlərini açıqlayıb.
“Rusiya bizim əsas müttəfiqimizdir. ABŞ və Avropa Birliyi ilə isə biz ancaq partnyorluq haqqında dialoq aparırıq”- deyə Paşinyan hökumətin iclasında söyləyib.
Ermənistan baş naziri rəsmi Yerevanın bundan sonra da əsas hərbi-siyasi müttəfiqinin Rusiya olacağını bir daha təkrar edib.