Modern.az

Bakıda mənzildə iki qadın meyiti aşkarlandı

Bakıda mənzildə iki qadın meyiti aşkarlandı

Aktual

24 Sentyabr 2020, 20:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli yaşayış massivində iki nəfərin mənzildə köməksiz vəziyyətdə qalmasına əsaslı şübhələr yarandığından, giriş qapısının açılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, müraciətlə əlaqədar həmin ünvana cəlb olunan nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər.

Xilasedicilər polis əməkdaşları ilə birgə mənzilə baxış keçirən zaman orada iki qadın meyiti aşkar ediblər. Hər iki meyit aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır