Modern.az

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Şamaxıda “Niva” dərəyə aşıb, iki nəfər ölüb - YENİLƏNİB

Hadisə

Bu gün, 00:31

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

FHN-dən Modern.az-a bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “VAZ 2121” “Niva” markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

19.08.2026

Saat 23:32

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə axşam saatlarında Şamaxı–Pirqulu avtomobil yolunda qeydə alınıb.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, rayonun Qızmeydan kəndi ərazisində hərəkətdə olan minik avtomobili yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində avtomobildə olan bir qadın hadisə yerində ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit və yaralılar xilasedicilər tərəfindən çətin relyefli, meşəlik ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbləri araşdırmanın nəticəsində məlum olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Xəzərdə hərəkətə keçdi - Nə baş verir?